Məhkəmə qərarları › İş №2(067)-2397/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2397/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2397/2021 14.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Kredit borcunun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1866.70 manat əsas, 348.80 manat faiz borcu, 2.98 manat penya, cəmi 2218.48 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmalarına baxmayaraq təkrarən heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasnın və iddianın təmin olunması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 013CASA193600010 saylı, 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 15 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2500 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 013FİZAM79004601 saylı, 26 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 013CASA193600010 saylı 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin tərkib hissəsi sayılan 013CASA193600010 saylı 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair 14.09.2020-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh1 iddiaçı-kreditora olan borcunun restrakturizasiyası həyata keçirilmişdir. Həmin razılaşmaya əsasən, 013CASA193600010 saylı 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin son icra müddəti 14.07.2021-ci il müəyyən edilmişdir. Həmçinin Cavabdeh2 ilə Bank arasında bağlanmış 13FİZAM179004602 saylı, 14.09.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməmiş, 08.07.2021-ci il tarixə cavabdehin İddiaçı ASC-yə 1866.70 manat əsas, 348,80 manat kreditdən istifadəyə görə faiz borcu, 2,98 AZN penya, cəmi 2216,48 AZN borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. Göstərilənlər, kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdehlərdən müştərək qaydada 1866.70 manat əsas, 348.80 manat faiz borcu, 2.98 manat penya, cəmi 2218.48 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 013CASA193600010 saylı, 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 013CASA193600010 saylı, 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2500 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh krediti ödəniş cədvəlində qeyd olunmuş tarixlərdə və müqavilədə göstərilən müddətdə vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 013FİZAM79004601 saylı, 26 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, iş üzrə digər Cavabdeh2 zaminlik müqaviləsinə imza edərək zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrası üçün əsas borclu olaraq Cavabdeh1 ilə birgə məsuliyyət daşıması və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsi barədə öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 013CASA193600010 saylı 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair 14.09.2020-ci il tarixli razılaşmadan və yeni ödəniş cədvəlindən müəyyən olunur ki, qeyd olunan razılaşmaya əsasən Cavabdeh1 iddiaçı-kreditora olan borcunun restrakturizasiyası həyata keçirilmişdir. Həmin razılaşmaya əsasən, 013CASA193600010 saylı 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin son icra müddəti 14.07.2021-ci il müəyyən edilmişdir. Cavabdeh krediti ödəniş cədvəlində qeyd olunmuş tarixlərdə və müqavilədə göstərilən müddətdə vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13FİZAM179004602 saylı, 14.09.2021-ci il tarixli zaminlik müqaviləsindan görünür ki, əsasən, iş üzrə digər Cavabdeh2 zaminlik müqaviləsinə imza edərək zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrası üçün əsas borclu olaraq Cavabdeh1 ilə birgə məsuliyyət daşıması və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsi barədə öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 08 iyul 2021-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 08.07.2021-ci il tarixinə 1866.70 manat əsas, 348,80 manat kreditdən istifadəyə görə faiz borcu, 2,98 AZN penya, cəmi 2218,48 AZN borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, iş üzrə Cavabdeh1 Xaçmaz rayonunun Müzəffər-oba kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə əsas cavabdeh şəxs olaraq Cavabdeh1 və zaminlik müqaviləsi üzrə digər cavabdeh (zamin) Cavabdeh2 qarşı düzgün olaraq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1866.70 manat əsas, 348.80 manat faiz borcu, 2.98 manat penya, cəmi 2218.48 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1866.70 manat (bir min səkkiz yüz altmış altı manat yetmiş qəpik) əsas, 348.80 manat (üç yüz qırx səkkiz manat səksən qəpik) faiz borcu, 2.98 manat (iki manat doxsan səkkiz qəpik) penya, cəmi 2218.48 manat (iki min iki yüz on səkkiz manat qırx qırx səkkiz qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar