Məhkəmə qərarları › İş №2(067)-2412/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2412/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2412/2020 01.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, X9 X8nin nümayəndəsi X3 iştirakı ilə, X9 X8nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X9 X8 Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 69.32 (altmış doqquz manat, otuz iki qəpik) manat ziyanın X2 adı: Quba Regional X8, Benifisiarın hesabı AZ69CTRE********************,VÖEN: **********, Büdcə təsnifat kodu:142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X9 X8 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə X11 X5 meşəbəyliyinin 4 saylı dolayının 8-ci kvartalının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 1 ədəd qovaq cinsindən quru ağacı özbaşına kəsib meşə fonduna 69,32 manat ziyan vurmuşdur. Bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Qeyd olunan əməli ilə cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Nazirlər Kabinetinin xx xxxxxx 2019cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Ona görə də cavabdehə qarşı mülki qaydada məhkəməyə müraciət edilmiş, qeyd olunanlara əsasən, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X9 X8nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, cavabdehdən izahat alınıb və o, əməlini özü etiraf edib. Cavabdehə ziyanı ödəməsi barədə dəfələrlə yazılı və şifahi qaydada müraciətlər olunub, lakin o, ziyanı ödəməyib. Onu da qeyd etmişdir ki, onun məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 61091 saylı aktdan müəyyən olunur ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə X11 X5 meşəbəyliyinin 4 saylı dolayının 8-ci kvartalının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 1 ədəd qovaq cinsindən quru ağacı özbaşına kəsmişdir. Quba Regional X8nin xx xxxxxxx 2020-ci il tarixli həcm-qiymət cədvəlinə əsasən 1 ədəd qovaq cinsindən quru ağacın qiyməti 69,32 manatdır. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli izahatdan müəyyən olunur ki, o, 1 ədəd qovaq cinsindən quru ağacı özbaşına kəsdiyini etiraf etmişdir. İş materiallarında olan Quba Regional X8nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh onun tərəfindən Meşə Fonduna vurulmuş 69,32 manat ziyanın X2 adı: Quba Regional X8, Benifisiarın hesabı AZ69CTRE********************,VÖEN: **********, Büdcə təsnifat kodu:142593, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, cavabdehin 1 ədəd qovaq cinsindən quru ağacı özbaşına kəsib meşə fonduna 69,32 manat ziyan vurması işin halları ilə tam sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh təqsirli hərəkətləri nəticəsində təbiətə dəymiş ziyana görə onun tərəfindən Meşə Fonduna vurulmuş 69.32 (altmış doqquz manat, otuz iki qəpik) manat ziyan X2 adı: Quba Regional X8, Benifisiarın hesabı AZ69CTRE********************,VÖEN: **********, Büdcə təsnifat kodu:142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olması üçün cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan vurulmasını, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranmasını şərtləndirən hüquqi faktların olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 69,32 (altmış doqquz manat, otuz iki qəpik) manat məbləğində pul alınaraq Quba Regional X8nin Kapitalbankdakı Benifisiarın adı: Quba Regional X8, Benifisiarın hesabı AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu:142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətinə Xacmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar