Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2413/2023 20.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh törətdiyi cinayət əməlinə görə 750 manat maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə saa 19 radələrində özənin əmlakini gizli olaraq talama məqsədi ilə ona məxsus ünvan 1 ünvaninda yerləşən qeyri yaşayış binasının həyətinə hasarın üstündən keçməklə qanunsuz daxil olaraq çardağın (talvarın) altindan hər biri 150 manat dəyərində olan 02 ədəd «MARQU1S MHF/5AM 1,5 Kw 220-240V» markalı su nasoslarini, 200 manat dəyərində olan 01 ədəd «Tankpro» markalı su təmizləyici filtiri, qeyri yaşayiş binasının garşısından 50 manat dəyərində olan 01 ədəd dəmir manqal, qeyri yaşayiş binasına isə ön tərəfdə olan pəncərəni əli ilə itələyib açmaqla qanusuz daxil olaraq oradan 550 manat dəyərində olan 01 ədəd «Hondao GX200 6,5 HP» markalı generatoru, 300 manat dəyərində olan 01 ədəd «TG160QLDC 0,85 K.VA» markalı generatoru, 70 manat dəyərində olan 01 ədəd «Samsung» markali tozsoranı, 60 manat dəyərində olan 01 ədəd dəmir sobanı, pəncərələrə bağlanmiş 150 manat dəyərində olan 01 ədəd «VORT1CE» markalı hava təmizləyici sərinkeşi (ventilyatoru) va hər biri 100 manat dəyərində olan 02 ədəd «Damandeh» markalı hava təmizləyici sərinkeşleri (ventilyatorları) götürüb aparmaqla ümumilikdə 1880 mabləğinda oğurluq etmiş, bununla da cavebdeh ona ziyan vurmuşdur. Həmin hərəkətləri ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cavabdeh 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu fakt Cinayət işi üzrə Xaçmaz rayon məhkəməsinin 1(067)-84/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təsdiqini tapmaqdadır. Yuxarıda qeyd olunan hadisənin baş verməsi nəticəsində cavabddən ümumilikdə oğurladıqları əmlaklardan 550 manat dəyərində olan 01 ədəd «Hondao GX200 6,5 HP» markalı generator, 300 manat dəyərində olan 01 ədəd «TG1600LDC 0,85 K.VA» markalı generator və 150 manat dəyərində 01 ədəd «MARQU1S MHF/5AM 1,5 Kw 22Q-240V» markalı su nasosu, 70 manat dəyərində olan 01 ədəd «Samsung» markali tozsoran, 60 manat dəyərində olan 01 ədəd dəmir soba alınaraq ona qaytarılmış, lakin digər əmlaklar qaytarılmamış və dəyəri mənə ödənilməmişdir, ona geri qaytarmamış əmlaklara görə ona 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin onun istixanasının su nasosun, generatoru, su filterini və başqa ləvazimatları oğurladığı uçün onun isixanasında yetişdirdiyi pamidor və xiyar şitilləri məhv olmuş və nəticədə ona xeyli miqdarda maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, cavabdeh ona külli miqdarda ziyan vurub. Həmin ziyanı ödəməsini tələb edir. İddia ərizəsində yazdığı məbləği istəyir. Lakin ekspertizada olan məbləğlə də razılaşa bilər. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, bilməmişdir ki, həmin məbləği ödəməlidir. Yəni ondan həmin məbləği tələb edən olmayıb. Onun maddi imkanı yoxdur. O pulu da ödəməyə maddi gücü çatmır. Üstəlik buna görə saat 11:00-dan 07:00-yə kimi evdən məhdudlaşdırma cəzasına görə çıxa bilmir. Xahiş edir ki, bunlar nəzərə alınsın. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 1(067)-84/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh özgənin əmlakını gizli olaraq talamaq məqsədilə İddiaçı məxsus fərdi yaşayış evinə getmiş, evinə daxil olaraq iddiaçıya zərər vurmuş, əsassız varlanmışdır. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 680 manat həddində olması iş materialları ilə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunur. Odur ki, iddia qismən əsaslıdır. Məhkəmə 30 manat dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 680 manat məbləğində ziyan, ödənilmiş 15 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 680 manat pul, ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat pul(dövlət rüsumu) alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2413/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2413/2023
20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver