Məhkəmə qərarları › İş №2(067)-2442/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2442/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2442/2020 02.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 230 (iki yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Rəhman adında bir uşaqları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2651/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı nikahın pozulması və sabit məbləğdə aliment tələbinə dair iddiası təmin edilərək, aralarındakı nikah pozulmuş və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2015-ci il avqust ayının 6-dan başlayaraq Cavabdeh hər ay 70 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra onun iddiası əsasında Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2858/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-2651/2015 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. O, özü heç yerdə işləmir və bu səbəbdən uşağını saxlamaqda çətinlik çəkir. Uşağı azyaşlı olduğuna görə yaxşı pal-paltar lazımdır. Ona görə də cavabdehdən tutulan alimentin miqdarının artırılmasına dair ərizə verməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, heç yerdə işləmir. Cavabdeh qət edilmiş alimenti gecikmələrlə ödəyir, cavabdeh pensiya alır, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdehin gəlirləri, qazancı barədə məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ağ ciyər xəstəsidir, 233,20 manat pensiya alır. Əvvəlki nikahdan olan uşağı üçün 60 manat aliment ödəyir, bundan başqa banka ayda kredit ödəyir. Maddi vəziyyəti çətindir. Hazırki aliment məbləğindən artıq pul ödəməyə imkanı yoxdur. Ona görə də aliment miqdarının artırılmasına razı deyildir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2858/2019 saylı qətnaməsi qəbul ediləndən sonra onun ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. O, heç yerdə işləmir, qazancı sabit deyildir. Məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti ödəyir, amma bundan artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. O, taksi fəaliyyəti ilə məşğul olmur. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 222294 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı xx.xx.2014-cü il tarixli nikah qeydi xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 037991 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu Xaspoladoba kəndində yaşayır, himayəsində xx.xx.2015-ci il təvəllüdlü X8 vardır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2651/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması və sabit məbləğdə aliment tələbinə dair iddiası təmin edilərək, aralarındakı nikah pozulmuş və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2015-ci il avqust ayının 6-dan başlayaraq Cavabdeh hər ay 70 manat sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarından olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2858/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-2651/2015 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh sol ciyərin ocaqlı vərəmi diaqnozu ilə 2-ci qrup əlildir, DSMF-nin Xaçmaz rayon Xidmət nümayəndəliyindən 233.20 manat pensiya alır. Həmin pensiyadan İddiaçı haesabına hər ayda 100 manat pul tutulur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2096/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, X3 ilə Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü Hüseynova Əminə Rəşad qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci ildən başlayaraq hər ay 60 (altmış) manat miqdarında alimentin X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 3 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi uçota alınmamışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh hazırda heç bir yerdə işləmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü övladları X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat miqdarında alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh hazırda heç yerdə işləmir, 2-ci qrup əlildir, DSMF-nin Xaçmaz rayon Xidmət nümayəndəliyindən 233.20 (ki yüz otuz üç manat, iyirmi qəpik) manat pensiya alır, həmçinin, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2096/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə 60 (altmış) manat miqdarında aliment tutulur. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2015-ci il təvəllüdlü övladları X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2015-ci il təvəllüdlü övladları X5 mənafeyinə zidd olacağı və uşağının hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2858/2019 saylı, xx xxxxxx 2019-cu il saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar