Məhkəmə qərarları › İş №2(067)-2465/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2465/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2465/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliy məhkəmə iclas katibi X1, İddiaçı Təmirov Səddar Xaliq oğlunun iştirakı ilə, İddiaçı Təmirov Səddar Xaliq oğlunun cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı əmək haqqı və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının müvafiq qanun və sərəncamlarına uyğun olaraq təxminən 10.000 (on min) manat quyu pulu ilə əmək haqlarının ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2020-ci ilin mart ayından etibarən Xaçmaz rayonu Padar kəndində fəaliyyət göstərən "xxxx" MMC -yə fəhlə və sürücü kimi işə qəbul olmuşdur. O sürücü olduğu üçün ona 99 TR-756 VAZ 2107 və 5320 Kamaz markalı ** TY *** nəqliyyat vasitəsini verdilər. İdarənin işi su-artezian quyularının norma əsasında vurulması olub. İşə girəndə adı göstərilən müdir bildirmişdir ki, hər quyu üçün 1000 manat əmək haqqı isə 350 AZN verəcək. Ancaq əmək haqqından pul almamışdır, çünki əsas maaş kartı bu günədək müdirdədir. Sadəcə hər ay əlbə-əl 200 manat pul verib. Ancaq quyulara görə isə ona heç vaxt pul verməyib. Dəfələrlə müdiriyyətə bildirsə də ki, əmək müqaviləsini və maaş kartını verin, bu gün-sabaha salıb vermədilər. O səbəbdən də müdiriyyətin özbaşnalığına görə oda X4 və Xaçmaz rayon prokurorluğuna xx.xx.2022-ci ildə xəbərnaməli rəsmi poçtla ərizə göndərsə də, xx.xx.2022-ci ildə xəbərnamələri aldı Ona görə də təxminən işə girdiyi vaxtdan hal-hazıradək 10.000 (on min) manat pulu, əmək haqqı və quyudan gələn pulu ala bilmir. Hətta axırıncı dəfə haqqını tələb edəndə müdiriyyət bildirdi ki, onlar heç kimdən qorxmuruq, onların adamları var. Halbuki, cənab Prezident məmur özbaşnalığna son qoyulması barədə dəfələrlə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edərək bildirmişdir ki, iddiası ilə bağlı məhkəmdən öncə mediasiya qurumuna müraciət etməmişdir. İş üzrə cavabdeh "xxxx" MMC iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Təmirov Səddar Xaliq oğlunun Cavabdehnə qarşı əmək haqqı və sair tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən məhkəmədən öncə mediasiya qurumuna müraciət edilmədiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Təmirov Səddar Xaliq oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar