Məhkəmə qərarları › İş №2(067)-2507/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2507/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2507/2021 21.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 ştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «Borc müqailəsi üzrə mübahisələr tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsi üzrə 3507.85 manat məbləğində əsas borcun, 93.34 manat məbləğində faiz borcunun, 1837.09 manat məbləğində cərimə borcunun, cəmi 5438.28 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmalarına baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nun iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 faiz olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh3 (borcalan) öhdəliklərinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 14 iyul 2014-cü il tarixli, 3901/F-14-02 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 14.07.2014-cü il tarixli 3901/F-14 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 56% olmaqla cərimə faizi ödəyir. 3.1.2ci bəndə əsasən borcalanm əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanm digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanm kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanm Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Borcalan tərəf aralarında bağlanmış 14 iyul 2014-cü il tarixli, 3901/F- 14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh3 17 fevral 2021-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3507.85 manat məbləğində əsas, 93.34 manat məbləğində faiz, 1837.09 manat məbləğində cərimə borcu olmaqla, cəmi borcu 5438.28 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdalıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmdənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutlaraq Bankın xeyrinə ödənilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsi üzrə 3507.852 manat məbləğində əsas borcun, 93.34 manat məbləğində faiz borcunun, 1837.09 manat məbləğində cərimə borcunun, cəmi 5438.28 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia təmin edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsi üzrə 3507.85 manat məbləğində əsas borcun, 93.34 manat məbləğində faiz borcunun, 1837.09 manat məbləğində cərimə borcunun, cəmi 5438.28 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 faiz olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh aldığı krediti ödəniş cədvəlində qeyd olunmuş tarixlərdə və müqavilədə göstərilən müddətdə vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 iyul 2014-cü il tarixli, 3901/F-14-02 nömrəli zaminlik müqaviləsindən görünür ki, 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh3 (borcalan) öhdəliklərinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmış, həmin cavabdehlər bank qarşısında öz üzərlərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşımaları və kreditin qaytarılması ilə bağlı Cavabdeh3 öhdəliklərini icra etmələri barədə üzərlərinə öhdəlik götürmüşlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh3 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsinə əsasən 17 fevral 2021-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3507.85 manat məbləğində əsas, 93.34 manat məbləğində faiz, 1837.09 manat məbləğində cərimə borcu olmaqla, cəmi borcu 5438.28 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xəbərdarlıq və pretenziya məktublarının surətlərindən və poçt xəbərnamələrindən görünür ki, cavabdehlərə müqavilə üzrə borcun ödənilməsini təmin etmələri ilə əlaqədar xəbərdarlıq edilmiş, əks təqdirdə sənədlərin toplanıb məhkəməyə göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli arayışdan və AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli arayışdan və AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli arayışdan və AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə əsas cavabdeh şəxs olaraq Cavabdeh3 və zaminlik müqaviləsi üzrə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh1 qarşı düzgün olaraq verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı bankın 3507.85 manat əsas, 93.34 manat faiz borcuna, 1837.09 manat məbləğində dəbbə pulu (cərimə) hesablaması bu borca mütənasib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə 3507.85 manat əsas, 93.34 manat faiz borcuna hesablanmış 1837.09 manat cərimənin məbləğini azaldaraq, 183 manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsi üzrə 3507.85 manat məbləğində əsas borc, 93.34 manat məbləğində faiz borcu, 183 manat məbləğində cərimə borcu, cəmi 3784,19 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 14 iyul 2014-cü il tarixli, 3901/F-14 nömrəli kredit müqaviləsi üzrə 3507.85 manat (üç min beş yüz yeddi manat səksən beş qəpik) məbləğində əsas borc, 93.34 manat (doxsan üç manat otuz dörd qəpik) məbləğində faiz borcu, 183 (bir yüz səksən üç) manat məbləğində cərimə borcu, cəmi 3784,19 manat (üç min yeddi yüz səksən dörd manat on doqquz qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar