Məhkəmə qərarları › İş №2(067)-2513/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2513/2024

10.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2513/2024 10.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaşı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* seriyalı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən Xaçmaz rayonu, Qırmızı-Xutor kəndində yerləşən 2.4 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* seriyalı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən Xaçmaz rayonu, Qırmızı-Xutor kəndində yerləşən 0.33 ha torpaq sahəsinin cavabdeh tərəfindən tam zəbt edilməsinin ekspertiza təyin olunaraq müəyyən olunması, zəbt edilmiş torpaq sahəmin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi, cavabdeh tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması və onun tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması, habelə ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* seriyalı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən Xaçmaz rayonu, Qırmızı-Xutor kəndində yerləşən 2.4 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* seriyalı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən Xaçmaz rayonu, Qırmızı-Xutor kəndində yerləşən 0.33 ha torpaq sahəsi mənim və ailəmin xüsusi mülkiyyətimdədir. Həmin torpaq sahələri ona Aqrar islahat komissiyasının qərarı əsasında torpağa mülkiyyət hüququna dair JN- 0006, KOD 30223048 dövlət aktına əsasən ümumilikdə 2.76 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan dövlət aktına əsasən torpaq sahəsi 1999-cu ildən istifadəsindədir. Cavabdeh qanuni olaraq mülkiyyətində olan torpaq sahəsini zəbt edərək onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehlə dəfələrlə təklif etmişdir ki, zəbt edilmiş torpaq səhəsini boşaltsınlar və onun mülkiyyət hüququnu bərpa etsinlər. Cavabdehlərin hərəkətləri, maneçilikləri nəticəsində torpaq sahəsindən tam şəkildə istifadə edə bilmir, çəpər çəkə bilmir. Cavabdehlər qanunsuz olaraq bu hərəkətləri davam etməkdədir. Bu hal nəticəsində o mülkiyyət hüququndan məhrum olmuşdur. Hesab edir ki, ekspertiza təyin olunsa dediyi faktlar üzə çıxacaqdır. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Cavabdehin zəbt etdiyi Xaçmaz rayonu, Qırmızı-Xutor kəndində yerləşən ona məxsus olan torpaq sahəsi xüsusi mülkiyyətindədir. Onun həmin torpaq sahəsinə darir çıxarışları var. Həmçinin torpaq sahələrinin plan və ölçülərini əks etdirən AA№52226 və AA№592227 seriyalı DƏDRX tərəfindən tərtib edilmiş sənədləri də mövcuddur. Cavabdeh bildirir ki, guya hansısa təzə sənəd alıb, lakin torpaq köhnə xəritərə baxılanda da məlum olur ki ona məxsusdur. Ona məxsus dövlət aktında onun təxmini 0.30 ha torpaq sahəsi onun yerinin yanında mövcuddur. Həmin yerdə findiq bağı salınıb, o oz yerindən əlavə onun yerini əlindən almaq istəyir. Bildirir ki, təzə xəritə ilə guya onun yeri onun yerinin üstünə düşür. Bu səbəbdən də ölçü işlərinin aparılmasına imkan vermir və maneçilik törədir. Cavabdeh onun qanuni olaraq mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özlərinin istifadə etdiyi torpaq sahəsinə birləşdirib. O, DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etsə də zəbt edənlər ölçü işlərinin aparmasıda imkan verməyərək maneçilik törədirlər. Cavabdeh zəbt etdiyi üçün maneçilik yaradır, onun istifadəsində olan torpaq sahəsinə qəsdən bilərəkdən ziyan vurur. Cavabdehə təklif olunub ki, zəbt edilmiş torpaq sahəsini boşaltsınlar. Cavabdehin hərəkətləri, maneçilikləri nəticəsində həmin hissədən tam şəkildə istifadə edə bilmir. Cavabdeh qanunsuz olaraq bu hərəkətləri davam etməkdədir. Bu hal nəticəsində torpaqdan istifadə hüququndan məhrum olunur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı mübahisəyə dair məhkəmə qətnamələri mövcuddur. Apellyasiya Məhkəməsində və Ali Məhkmədə işə baxılıb qətnamə qəbul olunub. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-1991/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı və X1 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddiası təmin olunmamışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-17/2023 nömrəli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsi qismən - İddiaçı münasibətdə iddianın təmin edilməməsi hissəsində ləğv olunmuş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddiası qismən təmin olunmuşdur. DƏDRX-nin xx.xx.2007-ci il tarixli ******* seriyalı, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsi cavabdeh İddiaçı qanunsuz istifadəsindən alınaraq iddiaçı Cavabdeh istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1375/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-17/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırkı iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mülki işə üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar