Məhkəmə qərarları › İş №2(067)-252/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-252/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-252/2025 27.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh verdiyi 11500 manat məbləğində pulun, rüsum kimi ödədiyi 135 manat və hüquqi yardıma görə ödədiyi 320 manat, cəmi 11955 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onlayn ticarəti və bizneslə məşğul olacağını və bir ay müddətinə əlavə gəlirlə birlikdə qaytaracağını bildirməklə 06 mart 2024cü il tarixdən 25 mart 2024-cü il tarixə kimi 9 dəfəyə (xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 300 manat və xx.xx.2024-cü il tarixdə 600 manat), cəmi 11500 manat pul almışdır. Cavabdehin xahişi ilə həmin pulları kartdan və aparat vasitəsilə cavabdehin 409858 ..... 2305 nömrəli kartına göndərmişdir. Cavabdeh pulları alanda bildirmişdir ki, bir ay müddətində həmin pulu əlavə gəlirlə birlikdə qaytaracaqdır. Lakin hazıra kimi qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edərək pulunu tələb etsə də, müxtəlif bəhanələrlə qaytarmaq istəmir. Cavabdehə qeyd olunan pulu Mübariz Məmmədseiydovun məsləhəti ilə və onun şahidliyi ilə ilə vermişdir. O, həmin pulu Nuranə adlı şəxsdən borc alıb vermişdir. İş üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə nüraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd ediləndən əlavə 05 mart 2024-cü il tarixdə dayısı Mübarizin məsləhəti ilə Xaçmaz şəhərində işlədiyi idarənin yanında Cavabdeh 3000 (üç min) manat məbləğində pul vermişdir. Ona görə də Cavabdeh verdiyi 11500 (on bir min beş yüz) manat məbləğində pulun, rüsum kimi ödədiyi 135 manat və hüquqi yardıma görə ödədiyi 320 manat, cəmi 11955 (on bir min doqquz yüz əlli beş) manat pul ilə bərabər Cavabdeh verdiyi 3000 manat pulu və rüsum kimi ödədiyi 30 manat məbləğində pulu da cəmi 14985 manat məbləğində pulun Cavabdeh alınaraq ona qaytarlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. 30 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bildirmişdir ki, 11500 maant məbləğində pulu cavabdehə bank kartı vasitəsilə göndərmiş, 3000 manat pulu isə cavabdehə şöbənin qarşısında vermişdir. Mübariz onun dayısıdır. Dayısının cavabdehlə olan söhbətindən məlumatı yoxdur. Cavabdeh izahatında bildirmişdir ki, Mübarizdən 14500 manat pul alıb, ona borcludur. Pul məsələsi ilə bağlı onu dayısı cavabdehlə tanış etmişdir. Hazırda dayısı ilə münasibəti yoxdur. 30 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh bildirmişdir ki, o, iddiaçıdan ümumilikdə 14500 manat pul almışdır. Mübariz müəllim ona demişdir ki, iddiaçı bacısı qızıdır, ona iltizam versin ki, 14500 manat pulu ona borcludur, bacısı qızının məhkəmələrə getməsini istəmir, bu işlə özü məşğul olacaq. Mübariz onu aldatmış və digər mülki iş üzrə ondan iltizam almışdır ki, hər ay 1000 manat iddiaçıya pul verəcək. Həmin məhkəmədə bildirmişdir ki, o, Afət xanıma pul borcludur, onun Mübarizə borcu olmayıb. O, 2 dəfə ayrı –ayrılıqda 14500 manatı necə ödəməlidir?! O, 14500 manat məbləğində pulu 11500 manatını kartla, 3000 manatını isə əlbəəl olmaqla Afət xanımdan almışdır, lakin digər mülki iş üzrə məhkəmədə həmin borcu Mübariz müəllimdən aldığını qeyd edib, o yalnız 1 dəfə 14500 manat məbləğində pul almışdır, Mübariz müəllimin pulunu almamışdır. 03 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs X2 bildirmişdir ki, 01 mart tarixində cavabdeh iddiaçı ilə tanış olmuş, həyat yoldaşı onkoloji xəstə olduğu üçün ona yardım edilməsi təklifi etmişdir. O, məsləhət etmək üçün fikirləşməyi bildirmişdir. Bacım qızı İddiaçı maddi vəziyyətini yaxşılaşdırmaq üçün onunla danışmış, iddiaçı ona inandığı üçün cavabdehin yanına gedəcəyini bildirmişdir. O özü tanışlarından 10000 manat pulu cavabdehə vermişdir, cavabdeh pulu sayıb götürmüşdür. Sonradan 4500 manat da əlavə olaraq vermişdir. Pulu ayın sonuna kimi ödəyəcəyini demiş, lakin ödəməmişdir. Onun Yasamal rayon Polis Bölməsində izahatını almışlar, izahatında bildirmişdir ki, Cavabdeh 14500 manat əlavə pul vermişdir. Onun 2 oğlu var. Ona demişdir ki, birjada pul qazana bilməsə oğlunun ev almaq üçün 35000 manat pulunu qaytaracaq. Buna görə də o cavabdehə inanmışdır. Cavabdeh mart ayının 06-da və 07-də ondan 2 dəfəyə 14500 manat pul almışdır. Cavabdeh həm ondan, həm də bacısı qızından pul almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ödəniş qəbzlərindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 300 manat və xx.xx.2024-cü il tarixdə 600 manat ödənişlər edilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 135 manat rüsum ödənilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 30 manat rüsum ödənilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 20 manat rüsum ödənilmişdir. -“Hüquqi yardım göstərilməsi haqqında” müqavilədən və ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə (hazırki mülki işlə əlaqədar) İddiaçı tərəfindən Xaçmaz rayon vəkil bürosunun hesabına 320 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 06 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixə kimi 9 dəfəyə cəmi 11500 manat pul almışdır. Cavabdehin xahişi ilə iddiaçı həmin pulları kartdan və aparat vasitəsilə cavabdehin 409858 ..... 2305 nömrəli kartına göndərmişdir. Əlavə olaraq 05 mart 2024-cü il tarixdə iddiaçı Cavabdeh 3000 manat məbləğində pul vermişdir. Hüquqi yardım göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı hüquqi yardım göstərilməsinə görə 320 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 06 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixə kimi 9 dəfəyə cəmi 11500 manat pulları kartdan və aparat vasitəsilə alması, əlavə olaraq 05 mart 2024-cü il tarixdə iddiaçının əlbəəl cavabdehə 3000 manat məbləğində pul verməsi həm məhkəməyə təqdim edilmiş sübutlarla, həm də cavabdehin etirafı ilə öz təsdiqini tapmışdır. Tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Bundan başqa, məhkəmə cavabdehin bu borcu digər mülki iş üzrə artıq etiraf etdiyini bildirməsinə münasibətdə qeyd edir ki, cavabdeh həmin borcun hazırkı mülki iş üzrə mübahisələndirilən borc ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən,tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14500 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 320 manat pul, ödənilmiş 165 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar