Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2544/2022 11.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 oktyabr 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: «Azəriqaz» İstehsalat Birliyi məhkəmədə iddia qaldıraraq cavabdehdən «Azəriqaz» İB-nin Şabran Xidmət Sahəsinə dəymiş zərərə görə 595.04 manat və 30 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Şollar kəndində yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 13-00 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində ** CM *** dövlət tanınma nişanlı MERSEDES “ATEKO” markalı yük avtomobilini idarə edərkən ehtiyatsızlıqdan “Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət Sahəsinin balansında istismarda olan d 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttini üzərində olan d 50 mm- lik siyirtməni vuraraq yararsız vəziyyətə gətirmiş, qaz xəttində 15 dəqiqə ərzində qaz sızması baş vermişdir. Qəza nəticəsində Xaçmaz XS-nə 595,04 (beş yüz doxsan beş manat 04 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Qaz itkisinə görə d 108 mm-lik orta təzyiqli qaz xəttində 15 dəqiqə ərzində 2350,0 m3/saat qaz itkisi baş verdiyindən 2350,0 m3 /saat x 0,12 manat = 282,0 manat, qaz xəttinin bərpasına, D 108 mm-lik polad əymə 1 ədəd x 2,76 manat =2,76 manat, D 50 mm-lik siyirtmə 1 ədəd x 260,28=260,28, digər xərclər - 50 manat olmuşdur. Cəmi-595.04 manat. MERSEDES “ATEKO” markalı, ** CM *** dövlət tanınma nömrəli avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilən yol nəqliyyqt hadisəsi nəticəsində "Azəriqaz” İB-nin Xaçmaz XS-nə 595,04 (beş yüz doxsan beş manat 0 qəpik) manat məbləğində ziyan dəymişdir. Cavabdeh rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, dəymiş zərəri hələ də ödəməmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar cavabdeh barəsində Xaçmaz rayon Polis şöbəsində inzibati protokol tərtib edilmiş və sürüçü inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə iddianın təmin edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Qəza ehtiyatsızlıqdan baş verib. O, qaz qurğusuna dəymişdir. Lakin ziyan məbləği ilə tam razı deyil, çünki o, hadisə yerinə kran gətirmiş və 100 manat xərc çəkmişdir. Qaz itkisinə görə 15 dəqiqə hesablayıblar. Lakin o, qaz xəttini bağladığm üçün qaz itkisi baş verməyib. İddiadakı mələği onun çəkdiyi xərci çıxaraq ödəyə bilər. Amma qeyd olunan məbləğlər bazar dəyərindən çoxdur. Əlavə sənəd və sübutları olmasa da, o, xərc çəkmiş və Akta imza atmışdır, lakin bu qədər ziyan hesablandığını bilməmişdir. Hesablanmış ziyanı çox hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Aktdan müəyyən olunur ki, Xaçmaz rayon Nabran kəndi ərazisində xx.xx.2022-ci il tarixdə idarə etdiyi MERSEDES “ATEKO” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyatsızlıqdan “Azəriqaz” İB-nin Xaçmaz RQİİnin Xaçmaz Xidmət Sahəsinin balansında istismarda olan d 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttini üzərində olan d 50 mm- lik siyirtməni vuraraq yararsız vəziyyətə gətirmiş, qaz xəttində 15 dəqiqə ərzində qaz sızması baş vermişdir. Qəza nəticəsində Xaçmaz XS-nə 595,04 (beş yüz doxsan beş manat 04 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, cavabdehin özünün qismən etirafından və işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB-nin Şabran Xidmət Sahəsinə dəymiş zərərə görə 595.04 manat və 30 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin (ABB Azəriqaz şöbəsi üzrə) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2544/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2544/2022
11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver