Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2544/2024 26.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh şifahi alqı-satqı müqaviləsinə əsasən yaranmış 1880 manat məbləğində borc pulun və dövlət rüsumu kimi ödənilmiş 39 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 2021-ci ilin sentyabrın əvvəlində ona yaxınlaşıb maddi vəziyyətinin yaxşı olmadığını bildirəndən sonra xahiş etmişdir ki, ona borca pul versin. O isə pulunun olmadığını və pulun əvəzinə bir baş camış ona nisyə sata bildiyini demişdir. Cavabdeh onunla heyvana baxıb hər ikisi onda 188 kr təmiz ət olduğu və ətin 1 kr 10 manat olmaqla 1880 manat çıxaracağı qərarına gəlmişlər. Şifahi alqı-satqı razılaşmaya əsasən cavabdeh həmin 1 baş camışı ondan nisyə almış, 2 aydan sonra da aldığı malın 1880 manat pulunu ödəcəyinə söz vermişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh aldığı malın 1880 manat pulunu ona qaytarmamışdır. Dəfələrlə pulunu istəsə də müxtəlif bəhanələr gətirməklə pulu verməkdən yayınır. Bununla əlaqədar Şabran rayon Polis şöbəsinə müraciət etmiş, araşdırma zamanı boynuna almışdır ki, malın 1880 manat pulu ona borcludur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə 187 kq-lıq, 3 yaşlı camış vermiş, ətin kilosunu 10 manatdan hesablamışlar. Cavabdehə 170-180 kq çəkidə ət verəcək camış vermişdir. Cavabdehin şəxsi problemi olmuşdur, pula ehtiyacı olduğundan ona yardım olaraq köməklik etmişdir. Cavabdeh kartına cəmi 150 manat pul göndərmişdir. Cavabdehə 187 kq-lıq ət verməyi barədə sübutu yoxdur. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2021-ci ildə ət 10 manat olmuş, əti 8 manatdan almışdır. Mal kəsiləndə 150 manat ödəmişdir. 2 dəfə 50 manat, 1 dəfə 100 manat ödəmiş, Bakıdan yol maşını ilə də 100 manat göndərmişdir. İddiaçıdan 158 kq ət almışdır. İddiaçıya demişdir ki, maldan 1280 manat pul çıxarıb. İddiaçı ona körpə camış verib, 158 kq ət çıxarıb. 1 yaşlı camış 180 kq ət vermir. İddiaçıya 1280 manat borcu olub, bu borcdan 450 manat qaytarmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şabran rayon polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəsi ilə əlaqədar olaraq RPŞ-də araşdırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə heç bir cinayət və inzibati xəta tərkibi olmadığından toplanmış material arayışla işə alınmış və müraciət mülkü xarakterli olduğundan aidiyyəti üzrə Məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. -“Şamil” kiçik müəssisəsinin məktubundan görünür ki, 2021-2022-ci illərdə bir baş orta yaşlı, 180-190 kiloqram ət verə bilən camışın orta bazar qiyməti 1900-2000 manat olmuşdur. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 39 manat rüsum ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci i tarixdə şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən bir baş camış satıcı tərəfindən alıcıya verilmişdir. İddiaçı həmin malın çəkisinin 187 kq təmiz ət olduğu və ətin 1 kq-nı 10 manat olmaqla verdiyini bildirir, 2 aydan sonra satılan malın pulunun ona verilməsi barədə cavabdehlə razılaşmışdır, lakin cavabdeh öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 2021-ci i tarixdə şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən bir baş camış satıcı tərəfindən alıcıya verilmişdir. İddiaçı həmin malın çəkisinin 187 kq olduğunu bildirsə də, bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, bu halda satılan malın çəkisinə münasibətdə cavabdehin etiraf etdiyi hissə, yəni malın çəkisinin 158 kq olması əsas götürülməlidir. Satılan malının 1 kiloqramının qiymətinə gəldikdə isə iddiaçı 1 kq malın qiymətinin 10 manat olduğunu, cavabdeh isə 8 manat olduğunu bildirmişdir. Məhkəmə mübahisənin bu hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən vəkil sorğusu əsasında müəssisədən alınaraq məhkəməyə təqdim edilmiş arayışda “2021-2022-ci illərdə bir baş orta yaşlı, 180-190 kiloqram ət verə bilən camışın orta bazar qiyməti 1900-2000 manat olmuşdur” qeyd edilmiş, 1 kq ətin qiymətinin alış və ya satış qiymətinin nə qədər olduğu göstərilməmişdir. Məhkəmə nəzərə alır ki, bir halda ki satılan malın yaşı və çəkisi ilə bağlı mübahisə mövcuddur və satılmış malın iddia tələbində qeyd olunmuş (çəkisi 188, yaşı 3) göstəricilərə uyğun olduğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir, bu halda məhkəmə tərəfindən malın qiyməti müəyyən edilərkən arayışda göstərilən məbləğə istinad edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, satılan malın 1 kq-nın qiymətinə münasibətdə cavabdehin etiraf etdiyi 8 manat məbləğ əsas götürülməlidir. Cavabdehin yaranmış borcdan 450 manat məbləğində pulun ödənildiyini bildirməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, geri ödənilən pulun məbləğinə münasibətdə iddiaçının etiraf etdiyi hissə, yəni 150 manat məbləğ əsas götürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən, yəni 1130 manat hissədə təmin olunduğundan, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 1130 manat hissəsinə uyğun olaraq 31,30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 31,30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1130 manat məbləğində pul və ödənilmiş 39 manat dövlət rüsumunun 31.30 manat məbləği alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2544/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2544/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver