Məhkəmə qərarları › İş №2(067)-2559/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2559/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2559/2022 01.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimQasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə, İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və digərinə qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında müəyyən etdi: İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduğu 1440 manat pulun və ödədiyi 35 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, işə mahiyyəti üzrə baxılmasını tələb etmir və iddianın baxılmamış saxlanılmasını xahiş edir. İş üzrə İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar