Məhkəmə qərarları › İş №2(067)-2565/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2565/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2565/2021 08.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh cəmi 10.000 (on min) manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onlar Cavabdeh ilə bir-birlərini tanıyırlar. 11.07.2013-cü il tarixdə cavabdeh ondan 10000 manat borc pul almış və 2 il müddətinə pulu qaytaracağına söz vermişdir. İddiaçı borc pulu cavabdehə 11.07.2013-cü il tarixli borc müqaviləsinə əsasən notarial qaydada vermiş və sonradan borcunu ödəmədiyinə görə 18.07.2016-cl il tarixdə borcun ödətdirilməsi üçün icra qeydi çıxarılmışdır. Lakin bu günə qədər icra qeydi icra olunmayıb və onun borcu geri qaytarılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etmiş və iddianın təmin olunmasını xajhiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq iddia tələbi ilə bağlı bütün sübutlarını məhkəməyə təqdim etdiyini və əlavə sübutun olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırarkən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə notariusun icra qeydi olduğunu müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 11.07.2013-cü il tarixli borc müqaviləsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı aldığı 10000 (on min) manat məbləğində pulu 11.07.2015-ci il tarixdə qaytarmaq barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 18.07.2016-cı il tarixli icra qeydindən müəyyən olunur ki, Cavabdeh 10000 manat məbləğində pulun tutulub İddiaçı verilməsi barədə Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən icra qeydi verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ayrı-ayrı qərarlarda ifadə etdiyi hüquqi mövqeyə görə mövcud müdafiə vasitələrinin səmərəliliyinin qiymətləndirilməsində müraciət edilən orqanın səlahiyyətləri və həmin orqanın hüquqları bərpa edə biləcək real imkanları nəzərə alınmaqla həmin orqanlar da “məhkəmə” məfhumunu ehtiva edir (X1rşı, Leander İsveçə qarşı, Jhahal İngiltərəyə qarşı, Klass və digərləri Almaniyaya qarşı və s.). Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 18.07.2016-cı il tarixli icra qeydi hazırkı iş üzr\ qanuni qüvvəyə minmiş məhkəmə aktının olması anlamına gəlir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 261, 262,263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar