Məhkəmə qərarları › İş №2(067)-2589/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2589/2022

22.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2589/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi X5 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əmisi X2 miras qalmış Quba rayonu, Üçgün kəndində yerləşən 1300 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, Üçgün kəndi olması və həmin mirası əmisi X4 ölümündən sonra o- X1 qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 ərizəsini məhkəməyə təqdim edərək, hazırda işinə baxılmasını istəmədiyini bildirmiş, bu səbəbdən idda ərizəsi və ona əlavə edilmış sənədlərini hazırlıq iclasından ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Quba regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə ərizə göndərərək məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə maraqlı tərəf Quba regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsini iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümükün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizənin qaytarılması barədə vəsatəti təmin olunmalı və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Ərizəçi X5 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş cəmi 100 manat (Qəbz №-si 767427187, ödəniş tarixi xx.xx.2021 və Qəbz №-si 947044749, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu ərizəçi xx.xx.1951-ci ildə Quba rayonunda doğulmuş ( Ş.V AZE №0*******) X3 (nağd) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar