Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2607/2024 02.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Çəkilmiş xərclərin ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sonuncudan aldığı “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomobilin təmirinə çəkdiyi 1129 manat xərcin, gələcəkdə çəkilməli olan 500 manat pulun və ödənilmiş 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh öz yaxın qohumu X1 vasitəsilə tanımışdır. Belə ki, X1 onun avtomobil almaq istədiyini bildiyinə görə Cavabdeh məxsus “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomobilin yaxşı maşın olduğunu, almağa dəydiyini bildirməklə həmin maşını almasını təklif etmişdir. Habelə maşının sahibi Cavabdeh da bildirmişdir ki, satdığı avtomobil çox yaxşı maşındır, xərc tələb etmir. Razılaşmalarına əsasən avtomobilə görə 4400 manat pulu cavabdehə ödəmiş, 07 fevral 2024-cü il tarixdə cavabdeh ona notarial qaydada etibarnamə vermişdir. Avtomobili cavabdeh özü sürərək həyətinə gətirmişdir. Həmin günün səhəri avtomobili ustaya aparmış, usta bildirmişdir ki, aldığı avtomobil keyfiyyətsizdir, qaytarması məsləhətdir. Dərhal cavabdehi çağırmış və iradlarını ona bildirərək pulunu geri tələb etmişdir. Cavabdeh bildirmişdir ki, ondan aldığı 4400 manatı borclarına görə başqalarına vermiş, hazırda pulu yoxdur. Təklif etmişdir ki, avtomobili satlığa qoysunlar, satıb pulunu verəcəkdir. Maşın satılmadığına görə 2 aydan sonra cavabdeh avtomobili satışdan götürmüş və demişdir ki, istifadəsində olan VAZ 2109 markalı maşını satıb pulunu qaytaracaqdır. Beləliklə üstündən 4 ay keçməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamış, istifadəsində olan VAZ 2109 markalı maşını da satmamışdır. Məcbur olub cavabdehdən aldığı avtomobili yenidən bazara qoymuşlar. Lakin alıcı tapılmamışdır. Belə ki, bazarda ona demişlər ki, belə vəziyyətdə bu maşını heç kim alan deyil, maşını təmir etdirmək lazımdır. Bu ilin iyul ayında maşını bazardan götürüb ustaya aparmış, nəticədə mühərrikinin təmirinə 1129 manat vəsait xərcləmişdir. Bundan sonra da ustanın deməsinə görə əlavə olaraq 500 manat da vəsait lazımdır. Cavabdehə təklif etmişdir ki, ona keyfiyyətsiz, yəni istismara yararsız avtomaşın verdiyinə görə çəkdiyi xərci ödəsin. Lakin cavabdeh müxtəlif bəhanələrlə pul verməkdən imtina edir. Avtomobili aldıqdan sonra xərclənmiş vəsait aşağıdaklardan ibarətdir: Mühhərikin yığılmasına: 1 .Remenlər-96 manat 2.Kolsalar-37 manat 3.Salniklər-25 manat
4. ”Golovka”nın yuyulması-30 manat
5. ”Golovka”nın yonulması-25 manat
6. Valın yonulması-40 manat
7. Proklatla-10 manat
8. Xamutlar-5 manat
9. Kladişlər-16 manat
10. Babin-56 manat 11.Pompa-25 manat 12.Akkumlyator-100 manat 13.Sveçalar-28 manat
14. Filter-5 manat
15. Katalizator-56 manat
16. 2 dəfə yağ dəyişməsi-100 manat
17. Benzin nasosun dəyişməsi-45 manat
18. Forsunkaların yuyulması-25 manat
19. Diyaqnostika-40 manat
20. Əyləcin dəyişməsi-45 manat 21 .Nakoneçnik-20 manat
22. Usta haqqı 300 manat Göstərilənləri avtomobili təmir etmiş Oktay adlı usta da təsdiq edə bilər. Göstərilənlər nəzərə alınmaqla Cavabdeh sonuncudan aldığı “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomobilin təmirinə çəkdiyi 1129 manat xərcin, gələcəkdə çəkilməli olan 500 manat pulun və ödənilmiş 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, iş üzrə Cavabdeh öz yaxın qohumu X1 vasitəsilə tanımışdır. 2024-cü ilin fevral ayının əvvəllərində Cavabdeh 4400 manata “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomobil almış, avtomobili alarkən cavabdeh avtomobilin saz vəziyyətdə olduğunu və xərc tələb etmədiyini bildirdiyindən ona inanıb yoxlamadan həmin avtomobili almışdır. Cavabdeh özü avtomobili sürüb gətirərək onun həyətinə qoymuşdur. Həmin günün səhəri avtomobili ustaya aparmış, usta bildirmişdir ki, aldığı avtomobil keyfiyyətsizdir, təmirə çox ehtiyacı var, qaytarması məsləhətdir. Dərhal cavabdehi zəng edib çağırmış və iradlarını ona bildirərək avtomobili geri qaytardığını bildirmişdir. Cavabdeh avtomobili götürüb aparmış və bazara satlığa qoymuşdur. Avtomobil 2 ay bazarda qalmasına baxmayaraq satılmadığından cavabdehdən xahiş etmişdir ki, nəqliyyat vasitəsini 200-300 manat ucuz tez satıb pulunu qaytarsın. Cavabdeh ondan vaxt istəmiş və bildirmişdir ki, istifadəsində olan avtomobili satıb onun pulunu ödəyəcəkdir. Üstündən 4 aydan çox müddət keçməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamış, istifadəsində olan maşını da satmamışdır. Yenidən cavabdehlə görüşüb pulunu tələb etmişdir. Cavabdehin təklifi ilə yenidən avtomobili maşın bazarına satlığa qoymuşlar. Bazarda müştərilər avtomobilə baxmış, nasaz olduğuna görə qiymət verib almamışlar. Cavabdehdən xahiş etmişdir ki, maşını bazardan çıxarıb təmir etdirsin və heç olmasa avtomobilin təmirinə köməklik göstərsin. Lakin cavabdeh heç bir hərəkət etməmiş, məcbur olub avtomobili özü təmir etdirmiş və mühərrikin və digər hissələrin təmirinə, ustaya iddia ərizəsində qeyd etdiyi məbləğdə xərci çıxmışdır. Avtomobili təmir etdirsə də hələ də əlavə 500 manatlıq təmirlərə ehtiyacı olduğundan hazıra kimi avtomobili idarə bilmir. Avtomobili alıb bir gün sonra qaytarmaq istəsə də cavabdeh avtomobili geri almamış, heç olmasa avtomobilin təmirinə çəkdiyi xərci ödəməmiş və heç bir razılığa gəlməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Avtomobilin təmirınə 1129 manat məbləğində xərc çəkdiyini həmin avtomobili təmir etmiş ustası da təsdiq edəcəkdir. Səhvini başa düşür ki, avtomobili alarkən ustaya göstərib vəziyyətini yoxlayıb almalı idi. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq ondan 1129 manat xərc, gələcəkdə çəkilməli olan 500 manat pul və ödənilmiş 37 manat dövlət rüsumu tələb edir. İddianı əsassız hesab edir. Belə ki, həqiqətən də OPEL ASTRA MİNİK markalı ** BN *** qeydiyyat nömrəli avtomaşın ona məxsus olmuş və 07 fevral 2024-cü il tarixdə iddiaçının adına notariatda təsdiq edilmiş baş etibarnamə verməklə həmin nəqliyyat vasitəsini iddiaçıya satmışdır. Razılaşdıqları kimi iddiaçı avtomobilə görə ona 4400 manat pul ödəmişdir. Avtomobili iddiaçıya təhvil verərkən avtomobil saz və işlək vəziyyətdə olmuş, heç bir problemi olmamışdır. Həmin nəqliyyat vasitəsi gündəlik sürülən işlək vəziyyətdə və mühərriki saz vəziyyətdə olan nəqliyyat vasitəsi olmuşdur. İddiaçının özü də avtomobili ondan alarkən sürüb baxmış və heç bir iradı olmamışdır. O vaxtdan da avtomobil iddiaçının istifadəsindədir. Sözsüz ki, avtomobil istifadə olunursa cari təmir olunmalıdır. Həmin avtomobil təxminən iki il onun istifadəsində olduğu müddət ərzində o, həmin avtomobili bir neçə dəfə cari təmir etdirmişdir. Hətta 2022-ci ildə avtomobilin mühərrikini tam şəkildə ustaya yığdırmışdır. Həmin usta da bu halı təsdiq edə bilər. Hər avtomobil sürən şəxs bilir ki, avtomobil cari təmir olunmasa onu istifadə etmək olmur. O, avtomobili iddiaçıya təhvil verdikdən sonra o, daimi olaraq avtomobili sürmüşdür. Bundan sonra iddiaçı həmin avtomobildə cari təmir işləri aparmış olsa da, bu təbii haldır və ona satdığı avtomobilin keyfiyyətsiz olmasına dəlalət etmir. Məlum məsələdir ki, ili köhnə avtomobilin istifadə olunduqca ara-sıra ehtiyat hissəslərinin dəyişilməsinə və təmirinə ehtiyac olur. Sadəcə olaraq iddiaçı avtomobili ondan aldıqdan və təxminən 10 gün müddət istifadə etdikdən sonra ona müraciət edərək avtomobilin nasazlığı ilə bağlı deyil, “Jiquli” markalı avtomobilə vərdiş olduğunu, ayağı xəstə olduğundan ondan aldığı avtomobilə rahat oturub düşə bilmədiyini və avtomobili rahat idarə edə bilmədiyini bildirərək avtomobili qaytarmaq istədiyini bildirmişdir. O da artıq aldığı pulu xərclədiyini bildirərərək insanlıq xatirinə iddiaçıya köməklik etmək məqsədilə ona sadığı avtomobili sürüb bazara satlığa qoymağı təklif etmiş, bu işdə ona yardımçı olmuş, lakin avtomobil satılmamışdır. Bu hallar isə avtomobilin ona qaytarılmasına əsas deyildir. Bir daha qeyd edir ki, həmin avtomobilin buraxılış ili 1990-cı ildir. Təbii ki, ili köhnə avtomobillərin istismar edildikcə təmirə ehtiyacı olur. İddiaçı avtomobili ondan alarkən onun qeydiyyat şəhadətnaməsinə, avtomobilin ilinə və avtomobilin özünə baxış keçirib almışdır. Əgər hər hansı bir iradı olsaydı, həmin avtomobili almazdı. Avtomobili istifadə etdikdən müəyyən müddət sonra nasazlığı yarandığı halda xərc çəkib təmir etdirməsi isə həmin avtomobilin bəyənilmədən ona qaytarılmasına, yaxud çəkilmiş xərcin ondan tələb edilməsinə əsas deyildir. İddiaçının avtomobili təmir etdirib 1129 manat xərc çəkməsi barədə göstərdikləri də həqiqətə uyğun deyildir. Ona görə də iddianın əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi Şahid1 göstərmişdir ki, o, mühərrik istası kimi fəaliyyət göstərir. İddiaçı bir neçə ildir ki, tanıyır. Bir neçə ay əvvəl İddiaçı ona müraciət edərək özünə məxsus OPEL ASTRA MİNİK markalı avtomobilin mühərrikinin nasaz olduğunu bildirməklə mühərriki yığmasını ondan xahiş etmişdir. O, iddiaçının gətirdiyi avtomobilin mühərrikini yoxlamış və həqiqətən nasaz oldğunu və təmirə ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra iddiaçı avtomobili ona təhvil və o, avtomobilin mühərrikini sökərək hazırda tam yadında qalmadığı ehtiyat hissəslərini dəyişməklə mühərriki yığmışdır. Mühərrikin təmirinə lazım olan ehtiyat hissələrini iddiaçı özü alıb gətirmişdir. Mühərriki ümumi yığmışdır. İddiaçı ona zəhmət haqqı olaraq 250 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi digər Şahid2 göstərmişdir ki, İddiaçı bir neçə ildir ki, tanıyır, aralarında münasibətlər yaxşıdır. Onda olan məlumata əsasən İddiaçı 2024-cü ilin fevral ayında Cavabdeh “OPEL ASTRA” markalı avtomobil almışdır. Sonradan iddiaçı söhbət əsnasında ona bildirmişdir ki, aldığı avtomobilin mühərriki nasızdır və Oqtay adlı ustaya mühərriki yığdırmağa vermişdir. Bir dəfə iddiaçı ilə Oqtayın yanına gedərkən artıq usta tərəfindən avtomobilin mühərrikin açılıb yerə qoyulduğunu və təmir işinin getdiyini görmüşdür. Sonradan iddaçının deməsinə görə mühərrikin təmirinə 1000 manatdan yuxarı xərci çıxmışdır. Ona məlumdur ki, iddiaçı həmin avtomobili aldıqdan sonra onun üzərində çöx əziyyət çəkmiş və xərci çıxmışdır. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi Şahid3 göstərmişdir ki, o, üzün müddətdir ki, Opel və digər xarici avtomobillərin mühərrikinin təmir ustası kimi fəaliyyət göstərir və Xaçmaz "xxxx" Müəssisəsindəki sexdə mühərrik ustası işləyir. İş üzrə Cavabdeh tanıyır. Cavabdehin istifadəsində “OPEL ASTRA” markalı avtomobil olmuş və təxminən 2 il əvvəl 2022-ci ildə cavabdeh ona müraciət edərək həmin avtomobilin mühərrikini yığmasını xahiş etmişdir. O da cavabdehin gətirdiyi həmin avtomobilin mühərrikini sökərək lazım olan bütün ehtiyat hissəslərini dəyişib əsaslı təmir etməklə mühərriki işə salıb saz və normal vəziyyətdə avtomobili cavabdehə təhvil vermişdir. Avtomobili mühərrikində lazım olan bütün ehtiyat hissələrini yenisi ilə əvəz edərək tam şəkildə təmir etmiş və 250 manat zəhmət haqqı almışdır. Həmin vaxtdan sonra cavabdeh avtomobildən istifadə etsə də mühərrikin nasazlığı barədə ona hər hansı narazılığını bildirməmişdir. Əgər mühərrik xarab olsaydı cavabdeh ona müraciət edərdi. Onda olan məlumata görə Cavabdeh həmin avtomobili bir müddət sürdükdən sonra satmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomobil Cavabdeh adına qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomobili 4400 manata satın almış, avtomobili alarkən cavabdeh avtomobilin saz vəziyyətdə olduğunu bildirdiyindən ona inanaraq avtomobili almaq barədə razılaşarkən və nəqliyyat vasitəsini pulunu ödəyib təhvil alarkən ustaya aparıb yoxlatmamışdır. Avtomobili aldığı günün səhəri nəqliyyat vasitəsini ustaya göstərdikdə usta avtomobilin keyfiyyətsiz olduğunu bildiməklə geri qaytarmasını məsləhət görmüşdür. Bundan sonra cavabdehlə əlaqə saxlayıb bu barədə bildirməklə pulunu geri tələb etmişdir. Cavabdeh bildirmişdir ki, ondan aldığı 4400 manatı borclarına görə başqalarına vermiş, hazırda pulu yoxdur. Təklif etmişdir ki, avtomobili satlığa qoysunlar, satıb pulunu verəcəkdir. Maşın satılmadığına görə 2 aydan sonra cavabdeh avtomobili satışdan götürmüş və demişdir ki, istifadəsində olan VAZ 2109 markalı maşını satıb pulunu qaytaracaqdır. Beləliklə üstündən 4 ay keçməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamış, istifadəsində olan VAZ 2109 markalı maşını da satmamışdır. Məcbur olub cavabdehdən aldığı avtomobili yenidən bazara qoymuşlar. Lakin alıcı tapılmamışdır. Belə ki, bazarda ona demişlər ki, belə vəziyyətdə bu avtomaşını heç kim alan deyil, təmir etdirmək lazımdır. Bu ilin iyul ayında avtomobili bazardan götürüb Oqtay adlı tanışı olan mühərrik ustasına apararaq avtomobilin mühərrikini yığdırmış və iddia ərizəsində sadalanan ehtiyat hissələri dəyişilməklə usta haqqı ilə birlikdə 1129 manat xərci çıxmışdır. Bundan sonra da ustanın deməsinə görə əlavə olaraq 500 manat da vəsait lazımdır. Cavabdehə təklif etmişdir ki, ona keyfiyyətsiz, yəni istismara yararsız avtomaşın verdiyinə görə çəkdiyi xərci ödəsin. Lakin cavabdeh müxtəlif bəhanələrlə pul verməkdən imtina edir. Odur ki, çəkdiyi 1129 manat xərc və gələcəkdə çəkməli olduğu 500 manat xərc, eləcə də məhkəmə iddia qldırmaq üçün ödədiyi 37 manat dövlət rüsümü cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, həqiqətən də “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomaşın ona məxsus olmuş və 07 fevral 2024-cü il tarixdə iddiaçının adına notariatda təsdiq edilmiş baş etibarnamə verməklə həmin nəqliyyat vasitəsini iddiaçıya satmışdır. Razılaşdıqları kimi iddiaçı avtomobilə görə ona 4400 manat pul ödəmişdir. Avtomobili iddiaçıya təhvil verərkən avtomobil saz və işlək vəziyyətdə olmuş, heç bir problemi olmamışdır. Həmin nəqliyyat vasitəsi gündəlik sürülən işlək vəziyyətdə və mühərriki saz vəziyyətdə olan nəqliyyat vasitəsi olmuşdur. İddiaçının özü də avtomobili ondan alarkən sürüb baxmış və heç bir iradı olmamışdır. O vaxtdan da avtomobil iddiaçının istifadəsindədir. Sözsüz ki, avtomobil istifadə olunursa cari təmir olunmalıdır. Həmin avtomobil təxminən iki il onun istifadəsində olduğu müddət ərzində o, həmin avtomobili bir neçə dəfə cari təmir etdirmişdir. Hətta 2022-ci ildə avtomobilin mühərrikini tam şəkildə ustaya yığdırmışdır. Həmin usta da bu halı təsdiq edə bilər. Hər avtomobil idarə edən şəxs bilir ki, avtomobil cari təmir olunmasa onu istifadə etmək olmur. O, avtomobili iddiaçıya təhvil verdikdən sonra o, daimi olaraq avtomobili sürmüşdür. Bundan sonra iddiaçı həmin avtomobildə cari təmir işləri aparmış olsa da, bu təbii haldır və ona satdığı avtomobilin keyfiyyətsiz olmasına dəlalət etmir. Məlum məsələdir ki, ili köhnə avtomobilin istifadə olunduqca ara-sıra ehtiyat hissəslərinin dəyişməsinə və təmirinə ehtiyac olur. Sadəcə olaraq iddiaçı avtomobili ona satdıqdan və təxminən 10 gün müddət istifadə etdikdən sonra ona müraciət edərək avtomobilin nasazlığı ilə bağlı deyil, “Jiquli” markalı avtomobilə vərdiş olduğunu, ayağı xəstə olduğundan ondan aldığı avtomobilə rahat oturub düşə bilmədiyini və avtomobili rahat idarə edə bilmədiyini bildirərək avtomobili qaytarmaq istədiyini bildirmişdir. O da artıq aldığı pulu xərclədiyini bildirərərk insanlıq xatirinə iddiaçıya köməklik etmək məqsədilə ona sadığı avtomobili sürüb bazara satlığa qoymağı təklif etmiş, bu işdə ona yardımçı olmuş, lakin avtomobil satılmamışdır. Bu hallar isə avtomobilin ona qaytarılmasına əsas deyildir. Bir daha qeyd edir ki, həmin avtomobilin buraxılış ili 1990-cı ildir. Təbii ki, ili köhnə avtomobillərin istismar edildikcə təmirə ehtiyacı olur. İddiaçı avtomobili ondan alarkən onun qeydiyyat şəhadətnaməsinə, avtomobilin ilinə və avtomobilin özünə baxış keçirib almışdır. Əgər hər hansı bir iradı olsaydı, həmin avtomobili almazdı. Avtomobili istifadə etdikdən müəyyən müddət sonra nasazlığı yarandığı halda xərc çəkib təmir etdirməsi isə həmin avtomobilin bəyənilmədən ona qaytarılmasına, yaxud çəkilmiş xərcin ondan tələb edilməsinə əsas deyildir. İddiaçının avtomobili təmir etdirib 1129 manat xərc çəkməsi barədə göstərdikləri də həqiqətə uyğun deyildir. Ona görə də iddia təmin edilməməlidir. Belə olduğu halda İddiaçı üzərinə Cavabdeh ona nasaz vəziyyətdə nəqliyyat vasitəsini satmasını, nəqliyyat vasitəsini aldıqdan sonra mühərrikini və digər hissələrini təmir etməklə 1129 manat vəsait sərf etməsini, bundan sonra gələcəkdə də avtomobilin əlavə təmirinə 500 manat məbləğində vəsait xərclənilməli olduğunu, bu səbəbdən həmin məbləğlərin cavabdehdən xeyrinə tutulmalı olduğunu sübut etmə yükü düşür. Əksinə olaraq Cavabdeh üzərinə İddiaçı “OPEL ASTRA MİNİK” markalı ** BN *** qeydiyyat nömrəli avtomobili satarkən nəqliyyat vasitəsinin hər hansı qüsuru olmamaqla saz vəziyyətdə olmasını və iddiaçıya hər hansı məbləğdə pul ödəməli olmadığını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Məhkəmə iclasında iddiaçının özünün etiraf etdiyi kimi mübahisəli nəqliyyat vasitəsini cavabdehdən satın almaq barədə razılaşdıqdan sonra nəqliyyat vasitəsinin ona verilməzdən əvvəl və nəqliyyat vasitəsini təhvil alarkən ustaya göstərməklə hər hansı qüsurları olub-olmamsını yoxlatmamışdır. Yuxarıda istinad olunan Mülki Məcəllənin 588.1-ci maddəsinin tələbinə əsasən də əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə tədqiqatı zamanı iddiaçı cavabdehdən aldığı əşyanın (nəqliyyat vasitəsinin) qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsinin əsasını, başqa sözlə cavabdehin ona nasaz vəziyyətdə olan avtomobili qüsurlarını bildirmədən satmasının, bu səbəbdən avtomobilə xərc çəkməsinin əsasını təşkil və sübut edən əsaslı sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nəqliyyat vasitəsini cavabdehdən aldıqdan sonra özünün dediyi kimi cavabdehin təqsiri ucbatından xərc çəkərək avtomobilin mühərrikini təmir etdirməsi hazırda cavabdehdən çəkilmiş xərclərinin əvəzini tələb etmək üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, belə olduğu halda iddia tələbi əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ :
İddiaçı Cavabdeh qarşı «Çəkilmiş xərclərin ödənilməsi tələbi»nə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Xıdır Quliyev