Məhkəmə qərarları › İş №2(067)-2624/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2624/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2624/2024 16.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, İddiaçı olsa da, iddia ərizəsi X1 tərəfindən imzalanmışdır. Lakin iş materiallarına həmin şəxsin İddiaçı nümayəndəsi olduğunu təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçya izah olunmalıdır ki, göstərilən nöqsanı aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanı aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar