Məhkəmə qərarları › İş №2(067)-2628/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2628/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2628/2023 28.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Abbas oğlu və Cavabdeh2 Abbas oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Abbas oğlu və Cavabdeh2 Abbas oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili X1 mülki işin baxışa təyin edilməsini xahiş etmişdir. Cavabdehlər iclasın vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan iclasın keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun tərtib edilmədiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından göründüyü kimi, İddiaçı iki ayrı cavabdehə qarşı pul tələbi ilə bağlı iddia qaldırsa da, həmin iddialar bir biri ilə əlaqəli deyil. Məhkəmə, iddiaçının nümayəndəsinə işdə olan nöqsanları izah edərək, hesab edir ki, iddia tələbi qeyri-müəyyən tərtib olunduğundan Azərabaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Abbas oğlu və Cavabdeh2 Abbas oğluna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar