Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2636/2021 22.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 350 manat pulun və tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 370 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun illərdir ki, tanıyır. Əvvəllər aralarında qohumluq münasibətləri olmuşdur. 2021-ci ilin fevral ayının 19-da cavabdeh yaşadığı evə gələrək bildirdi ki, ona müavinət almaqda köməklik göstərə bilər və bu işin 350 manat pul istəmişdir. O, da neçə vaxt müavinət ala bilmədiyi üçün cavabdehin sözlərinə inanaraq ona 350 manat pul vermiş və cavabdeh ona söz verdi ki, uzağı 10 gün müddətində müavinəti alacaq. Lakin üstündən günlər, aylar keçmiş olsa da, cavabdeh verdiyi sözə əməl etməmiş və ona görə də tələb etmişdir ki, ondan aldığı 350 manat pulu geri qaytarsın. Cavabdeh pulunu qaytarmadığı üçün o, məsələ ilə bağlı onun barəsində Xaçmaz rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müarciət etmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsi hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi ilə həmin işə baxılaraq 3(067)- 552/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarı ilə cavabdehi Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirli bilib ona 240 saat ictimai işlər növündə inzibati tənbeh təyin etmişdir. Həmin işə baxılarkən məhkəmə iclasında o, da iştirak etmiş və cavabdeh məhkəmə iclasında özünü təqsirli bilərək ondan aldığı 350 manat pulu bir həftəyə qaytaracağına söz vermişdir. Lakin məhkəmə qərarından 3 aya yaxın müddət keçmiş olsa da cavabdeh ona pulu qaytarmamış, ona görə də hazırki iddai ilə məhkməyə müraciət edir. Cavabdeh barəsində inzibati xəta haqqında qərar çıxarmış hakim öz qərarında maddi ziyanın ödənilməsini təmin etməmiş, bununla da onu əlavə xərclərə və əziyyətə düçar etmişdir. Göstərilənlərə əsasən Cavabdeh 370 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 3(067)-552/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh məhkəmə iclasında izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül növdə tənbeh təyin edilməsini xahiş etmiş və bildirmişdir ki, 350 manat pulu bir həftəyə qaytaracaqdır. Bunula bağlı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilmiş və ona 240 saat ictimai işlər növündə inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləinin 28.2 və 28.3-cü maddələrinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddsəinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1103.1-ci maddəsinə görə on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh iddianı etiraf etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 350 manat pul borclu olduğunu etiraf etyindən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh 350 manat məbləğində pul alınaraq İddiaçı qızına verilsin. Ödənilmiş 20 manat dövlət rusumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2636/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2636/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver