Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-266/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat pulun, ödənilmiş 195 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilən 325 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə cavabdeh meyvə alveri ilə məşğul olduğunu və onun da meyvəni almaq istədiyini bildirmişdir. Lakin o, həmin vaxt onunla razılaşmasa da, sonradan o, onu razı sala bilmişdir. Bundan sonra o, özünə və kənd sakinlərinə məxsus meyvə yığaraq cavabdehə vermişdir. Cavabdeh həmin meyvələri Rusiya Federasiyasına xalası oğluna göndərmişdir ki, o, meyvələri satıb onun pulunu versin. Lakin sonradan o, qısa müddətdə ona olan borcunu qaytarmağa söz versə də, müxtəlif bəhanələrlə pulu verməkdən yayınmış, zənglərinə cavab verməmişdir. Cavabdeh ona ümumilikdə 35000 (otuz beş min) manatlıq ziyan vurmuşdur. Buna görədə tərəfindən Xaçmaz rayon polis şöbəsinə müraciət olunmuşdur. Aparılan təhqiqat araşdırması zamanı cavabdeh ondan yalnız 34000 (otuz dörd min) manatlıq meyvə aldığını etiraf etmişdir. Xaçmaz rayon polis şöbəsində müraciəti mülki xaraklterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. Hər dəfə cavabdehə pulunu geri qaytarmaq barədə tələb irəli sürülsə də o, pulu yaxın vaxtlarda qayataracağını bildirsə də, hazır ki, vaxtadək pulunu geri qaytarmır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi vermişdir. Həmin etiraz ərizəsinin məzmununda göstərilmişdir ki, İddiaçı öz iddiasında guya ona 35000 (otuz beş min) manat borcu olduğunu qeyd etmişdir. Bu ağ yalandır. O, 2019-2020-ci il tarixlərdə İddiaçıla şərik işləyərək onun ilə iri tonajlı iki fura, yəni hər furaya 18 ton olmaqla ümumilikdə 36 ton gilas Rusiya Federasiyasının Novosibirsk vilayətində yerləşən yerli bazara iri tonajlı şirkət maşınları ilə şərikli olaraq göndərmişlər. Lakin birinci yükləri, yəni 18 ton gilas yolda olarkən ikinci maşını, yəni 18 ton gilası yollayanda, ikinci maşınları artıq sərhədi keçmiş, birinci maşınları isə 18 ton gilas ilə Rusiya Federasiyasının Çelyabinsk Vilayətində iri tonajlı yük maşını yüklə barabər qəza törətmiş və nəticə etibarı ilə furanın içindəki 18 ton plasmas yeşiklər biri-birinin içinə girməklə əzilərək yararsız hala gəlmişdir. Furanın arxa qapısını açanda gilasın əzilmiş halda olaraq suyu çıxmışdır. Sürücü sözü gedən malın əzilmiş və yararsız halda olan şəkillərini ona və İddiaçı yollamışdır. İddiaçı özüdə bilir ki, şərik olaraq o, özü elə onunla göndərdikləri mallarda 47000 manat ziyan etmişdir. Necə olur ki, İddiaçı onun xeyrinə şərik olur lakin ziyanıma yox? Ümumilikdə iki ağır tonajlı maşında olan yükün yəni 18+18 ton= 36 ton gilasın dəyəri təxminən 150-160 min manat idi. O məbləğdən 47000 manat mən borc alıb qoymuş, qalan pulu isə İddiaçı qoymuşdur. İddiaçı öz iddiasında göstərib ki, guya o, ona 35000 manatlıq nisyə gilas vermişdir. Lakin bu belə deyildir. İddiaçı qardaşı gilası yığaraq soyuduculara yerləşdirirdir və 18 ton olan kimi ona “şirkət maşınlarından taksi kimi işləyən ağır tonajlı yük maşını tap gilası yola salaq pulumuzu qazanaq” deyirmiş. Yük maşını yol nəqliyyat hadisəsi törədəndən sonra İddiaçı yük maşınını o, tapdığına görə ziyana şərik olmadığını bildirmişdir. O, dəfələrlə İddiaçı onun özünündə 47000 manat borca düşdüyünü bildirmişdir. Lakin O, ona 35000 manat ziyan olduğunu və o məbləği ondan alacağını bildirmişdir. 2019-2020-ci il tarixdə olan alverdən sonra İddiaçı dəfələrlə ona deyirmiş ki, “gəl işləyək sənin Rusiya Federasiyasında qohumların var və imkanların əlaqələrin genişdir”. O, isə ona izah etmişdir ki, 47000 manat borcu olduğu halda hamısı ondan pulun istəyir və hazırki vəziyyəti olduqca acınacaqlıdır. Lakin İddiaçı onu dinlədikdən sonra onu Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmişdir. Lakin Xaçmaz rayon Polis Şöbəsində izahat verərkən öz izahatında göstərmişdir ki, 47000 manat ona dəyilən ziyandır ona görə ki, əlavə olaraq 13000 manat nisyə verilən maldan onun boynuna ataraq İddiaçı öz üzərinə yalnız 34000 manat ziyanı götürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, onunla İddiaçı şərikliyi həm xeyirə həmdə ziyana idi. Lakin İddiaçı yalnız xeyirə şərik olur. Bu da alver aləmində yol verilməz bir haldır. İddiaçı irəli sürdüyü iddianı rədd olunması və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh ona hər maşına görə 800 manat pul verməlidir. Meyvə göndərilən maşınların pulunu mən vermişəm. Cavabdeh neçə ildir mal almaqla məşğuldur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı ilə şərik olmuşlar. Polis şöbəsində izahatında da şərik olduqlarını qeyd etmişdir. ziyan olunan məbləğ hər birinə 34000 manat olmuşdur. Bir tır 18 ton gilas, yəni 80000 manatlıq məhsul tutur. Bununda 47000 manatını o, özü vermiş, qalanını isə Fazil verib maşını göndərmişdir. 81000 manat ziyan olub. hərəyə 34000 manat düşür, ortada 13000 manat kəsir qalmışdır ki, onu da Fazil ona 6500 manat borclu qalmışdır . İddiaçı 180000 manatlıq mal verib ki, hər maşında 700 manat qazncı olsun. Əyər Fazilin 700 manat qazancı olmuş olsaydı həmin malı kənddə sataraq 700 manatdan çox qazanmış olardı. Bundan əlavə əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, Fazil ona bir neçə dəfə bildirmişdir ki, onunla şərik olduqlarını heç kim bilməsin. O, da bu barədə heç kimə bildirməmişdir. O, iddiaçıya 100000-ə yaxın pul vermişdir. Onunla bir neçə dəfə çayxanada görüşmüşlər və Fazilə pulu hissə-hissə vermişdir. Rusiyadan satılan malın pulu ona göndəriləndə o, da bir neçə nəfərin pulunu vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etmiş və çıxışında göstərmişdir ki, iddia tələbində 35000 manat və digər xərcləri tələb etmişlər. Geniş aparılan məhkəmə araşdırması nəticəsində cavabdehin polis şöbəsindəki izahatında etiraf etdiyi 34000 manat məbləği tələb edirlər. Qarşı tərəf ilkin olaraq şərik olduqlarını bildirərək, məbləğin qaytarılmamasını bildirmişdir. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlayaraq meyvə almışlar. Sonradan şərikliliyi sübuta yetirmədiyindən həmin 34000 manatı qaytardıqlarını bildirir. Şəxsin özü polis şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, 34000 manat mal aldığını və şərik olduqlarına görə qaytarmır. Buna sübut kimi cinayət işinin başlanılmasının rədd edilməsi qərarıdır ki, həmin qərarda cavabdehin verdiyi izahatda hər şey aydın görünür. İddia tələbinin qismən hissəsi öz təsdiqini tapdığına görə qismən təmin olunmasını xahiş edir. Qarşı tərəfin keçən məhkəmə iclasında gətirdiyi şahidlər də şərikliliyi sübuta yetirə bilməmişlər. Ona görə də iddianın 34000 manat hissədə təmin olunmasını xahiş edir. Bundan əlavə əvvəlki məhkəmə iclasında Nümayəndə1 iddianı qəbul olunmuş hissədə müdafiə edir. Məhkəmənin hazırlıq iclaslarında geniş danışıqlar aparılmışdır. Hazırda baxış iclasına şahidlər dəvət etmişdir. Şahidlər Fazil bəyin vasitəsilə Rakif bəyə məhsul vermişlər. Bir neçə şəxsə Fazil bəy özü ödənişlər etmişdir. İddia tələbi 35000 manat idi, lakin cavabdeh özü 34000 manat dəyərində mal aldıqlarını etiraf edir. Qarşı tərəf iddia edir ki, malı şərik almışlar və ona görə də pulu qaytarmaq niyyəti yodur. İddiaçı şahidlərin malını Rakifə verilməsində vasitəçi olmuşdur. Cavabdeh özü də etiraf edir ki, şərikli o halda ola bilər ki, həm xeyirə həm də ziyana işləməlidirlər. Məhsul satışından qalan xeyirə şərikdirlərsə ziyana da şərik olmalıdırlar. Cavadeh tərəf şərik olduqlarını bildirir, buna görə də şərik olduqlarını sübut etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməmiş və çıxışında göstərmişdir ki, iddia tələbi əsassızdır. Həmkarı bildirir ki, ilk dəfə ayrı ifadə vermiş, sonra mövqeylərini dəyişərək, ifadələrini dəyişmişlər. Lakin belə hal baş verməmişdir. İddiaçı tərəf qeyd edir ki, iki tır meyvə göndərilib. Həmin vaxt mal alınanda cavabdehin maddi imkanı olmadığına görə hər iki tərəf pul qoyaraq mal göndərmişlər. Cavabdeh borclu olduğunu etiraf etməmişdir. Bundan əlavə əvvəlki məhkəmə iclasında Nümayəndə2 çıxışında qeyd etmişdir ki, dəfələrlə polis şöbəsində yazılan izahatın təzyiq altında yazıldığını bildirmişlər. Cavabdeh məhsulun pulunu verib almışdır. İddiaçının malların Rakifə verilməsində marağı olmuşdur, yəni onun qazancı olmasaydı bunu etməzdi. Şəriklik malın yığılması hissəsində olmuşdur. İki tərəf birlikdə malı almışdır. Ümumi malın dəyəri 150-160 min manatlıq olub. 47000 manatı Rakif qoymuş, qalan məbləği isə iddiaçı vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirmişdir ki, o, Fazil müəllim vasitəsilə Rakifə mal vermişdir. Rakif meyvənin pulunu hissə-hissə vermiş, qalanı isə borclu qalmışdır. 4-5 il olar ki, ona pul verməlidir. O, Fazilin evinə getməmişdir. Rakifin evinə getmiş, o, ona pulunu verəcəyini bildirmişdir. 20000 manat dəyərində mal vermişdir. 1700 manat Bəhram adlı şəxslə ona pul göndərmiş, pulundan hissə-hissə qaytarmışdır. Hazırda isə 6300 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Abasov Murad oğlu oğlu ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. Birgə işləmirdilər. O, malı Fazil müəllim vasitəsilə, yəni o, dediyinə görə Rakifə vermişdir. Malın dəyəri isə təqribən 20000 manat olardı. Pulun bir hissəsini qaytarmış, qalan 1800 manatı isə ona borclu qalmışdır. O, pulunu istədikdə cavabdeh qaytaracağını bildirmişdir. Sonuncu dəfə ona nə qədər pul verməsi yadında deyil. Təqribən 2020-2021-ci illər olardı. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, kənd camaatından malı alıb, Rakifə vermişdir. Camaatın pulunu da o, öz cibindən vermişdir. Hazırda cavabdehin ona 3800 manat borcu qalmışdır, Ona torpağını və çayxanasını satıb pulu qaytaracağını bildirsə də, həmin borcdan ona heç bir məbləğ ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirmişdir ki, bir neçə il bundan əvvəl Rakifə 4340 manat dəyərində meyvə vermiş, lakin pulunu ala bilməmişdir. Rakiflə onu Fazil tanış etmişdir. Bir il bundan əvvəl sonuncu dəfə Rakiflə elefonla danışmışdır. Üç il olar ki, borcludur. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində bildirmişdir ki, Rakifin yanında fəhlə işləmişdir. Şahidlərdən tanıdıqları var. Rakifə meyvə vermişlər. Fazili görməmişdir. Malın daşımasında köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. O, Rakifin yanında fəhlə işləmişdir. Fazili də işlədiyi müddət ərzində görmüşdür. Hansı il olduğu yadında deyildir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı, polis mayoru X2 04 avqust 2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə Cavabdeh ilə aralarında olan mübahisə ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 24 sentyabr 2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı hüquqi yardıma görə 325 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı, polis mayoru X2 04 avqust 2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, İddiaçı özünün və yaşadığı kəndin sakinlərinin meyvələrini yığaraq satmaq məqsədilə Cavabdeh vermişdir. Cavabdeh özünə məxsus “Tır” markalı iki yük avtomaşını ilə iddiaçının onun üçün kənd sakinlərindən topladığı həmin məhsulu Rusiya Federasiyasına satmaq məqsədilə göndərmiş, lakin “Tır” markalı avtomaşınlardan biri qəzaya uğradığına görə məhsulu sata bilməmiş və nəticədə cavabdehin bildirdiyinə görə ona 81000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh aldığı məhsulun bir qisminin pulunu, yəni 47000 manatı ödəmiş, 34000 manat məbləğində pul isə ödənilməmiş və həmin məbləğ hazırda tərəflər arasında mübahisə predmetinə çevrilmişdir. Cavabdeh tərəf məhsulun alqı-satqısı ilə bağlı iddiaçı ilə şəriklik münasibətlərində olduqlarını bildirsə də, bunu təsdiq dən heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiaçının vasitəsi ilə kənd sakinlərindən topladığı məhsulu özünə məxsus “Tır” markalı yük avtomaşınları ilə RF-na yola salması, sürücünün pulunu özünün ödəməsi, yol xərclərinin onun özü tərəfindən ödənilməsi, sonradan 47000 manat dəyərində məhsulun pulunu kənd sakinlərinə ödəməsi tərəflər arasında şəriklik münasibətlərinin olmadığını təsdiq edir. Belə olan halda məhsulun alqı-satqısı zamanı yaranmış zərərin cavabdehlə yanaşı iddiaçı tərəfindən qarşılanması əsassızdır. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə cavabdeh tərəfindən onlardan alınmış məhsulun dəyərinin bir qisminin onlara ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh iddiaçının vasitəsi ilə 34000 manat dəyərində məhsul almasını Polis şöbəsində verdiyi izahatında etiraf etdiyinə görə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və 17500 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri qismən cavabdehə aid edilməlidir. Belə olan halda 141 manat məbləğində dövlət rüsumuna görə, 160 manat məbləğində isə hüquqi yardıma görə ödənilmiş pul Cavabdeh tutulmalıdır. Məhkəmə xərcləri qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 17500 (on yeddi min beş yüz) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 141 manat, habelə hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17500 (on yeddi min beş yüz) manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 160 manat və dövlət rüsumuna görə ödənilmiş 141 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-266/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-266/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver