Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2681/2021 21.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Xaçmaz Niyazoba bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinə vaxtından əvvəl ləğv verilməsi və torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdi Xaçmaz Niyazoba bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinə vaxtından əvvəl ləğv verilməsi və torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri Nizami rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsaəsn tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Lakin iddia ərizəsinin tələbindən görünürdüyü kimi, iddiaçı ilk öncə icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunmasını, həmin müqavilə əsasında verilmiş Torpaqdan istifadə hüququna dair şəhadətnamənin və həmin şəhadətnaməyə əsasən cavabdehin adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və hal-hazırda cavabdehin istifadəsində olan 50 hektar torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması xahiş olunur. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyində olmasını təsdiq etmək üçün ilk öncə sadalanan tələblərin əsaslı olubolmamasını araşdırmaq və bu barədə qətnamə çıxarmaq zərurəti vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35,44 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım İddiaçı Xaçmaz Niyazoba bələdiyyəsinin Cavabdeh qarşı olan 2(067)-2681/2021 saylı mülki iş geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2681/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2681/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver