Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2688/2021 27.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı dəyən zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Talib oğlundan 1322,94 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, cəmi 1352,94 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Talib oğlunu uzun müddətdir ki, tanıyır. Onu tanıdığı müddət ərzində onunla həmişə səmimi münasibətdə olmuşlar. 2017-ci ilin noyabr ayının əvvəllərində Cavabdeh onunla görüşüb söhbət etdiyi zaman bildirdi ki, şəxsi problemlərini həll etmək üçün "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatından 2500 manat kredit pul almaq istəyir. Pensiyada oldluğu üçün bağlayacağı kredit müqaviləsi üzrə zamin qismində duracağını ondan xahiş etdi. Cavabdeh onu əmin etdi ki, kredit borcu ilə əlaqədar problemlər olmayacaq. Aylıq kredit ödənişlərini vaxtlıvaxtında ödəyəcək. Ona görə də ona kreditlə bağlı zərərin dəyməsinə yol verməyəcək. O, da cavabdeh tərəfindən ona zərər vurmayacağına inanıb razılıq vermişdir. Onun kredit ala bilməsi üçün 06.11.2017-ci il tarixli, 2048 saylı Zaminlik müqaviləsini imzalamışdır. Beləliklə, "xxxx" QSC Bank C tərəfindən cavabdehlə bağlanmış 06.11. 2017-ci il tarixli 2048 saylı kredit müqaviləsinə əsasən cavabdehə 25 % dərəcəsi ilə 24 ay müddətinə bağçılığın inkişafı məqsədilə 2500 manat məbləğində kredit verilib. Cavabdeh krediti alandan sonra bir neçə ay ödəniş etdikdən sonra ödəniş etməmişdir. Şüurlu olaraq boyun qaçırmışdır. Cavabdeh borcu tam qaytarmadığından öhdəliyi lazımi qaydada yerinə yetirməyib. Nəticədə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(067)-1774/2021 saylı qətnaməsi ilə Cavabdeh Talib oğlundan və ondan müştərək qaydada "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 1035,03 manat məbləğində əsas borc, 287.91 manat faiz borcu, ümumilikdə 1322,94 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq sözü gedən kredit təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra da cavabdeh ödənişləri etməkdən imtina edirək ona bildirdi ki, hara istəyir ora şikayət edə bilər. O, heç vaxt ödəniş etməyəcək. Məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasını gözləmədən, zamin olduğundan, məcburiyyət qarşısında qalıb tələb edilən pulu tam ödəmişdir. İddia ərizəsinə ödəniş çekləri də əlavə etmişdir. Ödədiyi pulu cavabdehdən tələb etməyinə baxmayaraq, pulu ona qaytarmaq istəmir. Odur ki, cavabdehin təqsiri üzündən ona maddi zərər dəyib. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Beləliklə, hesab edir ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən iddia tələbini təmin etməli və 1322,94 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarmaqda haqlı olar. Borcunu könüllü surətdə ödəməkdən yayındığına görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1774/2021 saylı, 08.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlundan və Cavabdeh müştərək qaydada 1322.94 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" QSC-nin xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh kredit ödənişinə görə “Aqrarkredit SKT Xaçmaz filialına” 1322.94 manat pul ödəmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh 1322.94 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı oğlunun hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2688/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2688/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver