Məhkəmə qərarları › İş №2(067)-2704/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2704/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2704/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İş 2(067)-2704/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz rayon məhkəməsi Xaçmaz şəhəri 28 oktyabr 2021-ci il Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçıASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçıASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçıASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli İK № 925/F-20 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli İK № 925/F-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka 1970.00 (min doqquz yüz yetmiş) manat əsas, 290.25 (iki yüz doxsan manat iyirmi beş qəpik) manat faiz borcu, 250.85 (iki yüz əlli manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 2511.10 (iki min beş yüz on bir manat on qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən (borclu - Cavabdeh) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizədən görünür ki, iddiaçı “TuranBank Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli İK № 925/F-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, həmin kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1970 AZN (min doqquz yüz yetmiş) əsas, 524.90 AZN (beş yüz iyirmi dörd manat 90 qəp.) faiz borcu, 250.85 AZN (iki yüz əlli manat 85 qəp.) manat cərimə borcu olmaqla, cəmi 2745.75 AZN (iki min yeddi yüz qırx beş manat 75 qəp.) məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bildiririk ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə arasında bağlanmış 17.09.2020-ci il tarixli İK № 925/F-20 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 1970 (min doqquz yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, e dəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli İK № 925/F-20 saylı kredit müqaviləsinə əsasən 28 aprel 2021-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun şəkildə ödəməmişdir..Hal-hazırda Cavabdeh Banka 1970.00 (min doqquz yüz yetmiş) manat əsas, 290.25 (iki yüz doxsan manat iyirmi beş qəpik) manat faiz borcu, 250.85 (iki yüz əlli manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 2511.10 (iki min beş yüz on bir manat on qəpik) manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 17.09.2020-ci il tarixli İK № 925/F-20 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC-nin Xaçmaz filialı tərəfindən Cavabdeh Şahbala oğluna illik faiz dərəcəsi 24 faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 1970 (min doqquz yüz yetmiş) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, Cavabdeh 27 oktyabr 2021-ci ilə kredit müqaviləsi üzrə 1970.00 (bir min doqquz yüz yetmiş) manat əsas, 524,9 (beş yüz iyirmi dörd manat doxsan qəpik) manat faiz borcu, 250.85 (iki yüz əlli manat səksən beş qəpik) manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan 250.85 manat dəbbə pulu azaldılmalı və 10 manat müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən 1970.00 (min doqquz yüz yetmiş) manat əsas, 524.90 manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 2504.90 (iki min beş yüz dörd manat doxsan qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçıASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şahbala oğlundan 1970.00 (bir min doqquz yüz yetmiş) manat əsas, 524.90 manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 2504.90 (iki min beş yüz dörd manat doxsan qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçıASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar