Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2752/2024 17.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7300 manat pulun və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı dələduzluq edərək 7300 manat pulunu mənimsəmişdir. Dəfələrlə müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasına söz verməsinə baxmayaraq bu günə kimi pulu geri qaytarmamışdır. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Cavabdeh onun qardaşı İddiaçı 7300 manat pul alaraq, onun qaynı X4 borclu olduğunu bildirmişdir. 2021-ci ildə o cavabdehin evində olduğu zaman ona bildirmişdir ki, onun qaynına borcu olduğu üçün qardaşından 7300 manat pulu almışdır. Ona bildirmişdir ki, onun qaynına cəmi 850 ABŞ dolları borcu olub. Cavabdeh demişdir ki, qaynının yanına gedib ona nə qədər borcu olduğunu araşdıracaq və pulları geri qaytarmağına söz vermişdir. Cavabdeh səhərisi gün onlara gələrək həmin pullardan 100 manat ilkin ödəniş etmiş və demişdir ki, qalan pulları da alıb verəcək. Ancaq sonradan geri qaytarmaq üçün pulları olmadığına görə müxtəlif bəhanələr gətirmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq Xaçmaz RPŞ-nə rəsmi surətdə müraciət etmişdir. X8 Bölməsindən alınmış qərar əsasında iddia ərizəsi ilə pulun geri qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh 7300 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı qardaşıdır, uzun müddətdir ki, qardaşı ilə danışmır. Cavabdeh onun qardaşı İddiaçı 7300 manat pul alaraq onun qaynı X4 borclu olduğunu bildirmişdir. 2021-ci ildə o cavabdehin evində olduğu zaman ona bildirmişdir ki, onun qaynına borcu olduğu üçün qardaşından 7300 manat pulu almışdır. Ona bildirmişdir ki, onun qaynına cəmi 850 ABŞ dolları borcu olub. Cavabdeh demişdir ki, qaynının yanına gedib ona nə qədər borcu olduğunu araşdıracaq və pulları geri qaytarmağına söz vermişdir. Cavabdeh səhəri gün onlara gələrək həmin pullardan 100 manat ilkin ödəniş etmiş və demişdir ki, qalan pulları da alıb verəcək. Ancaq sonradan geri qaytarmaq üçün pulları olmadığına görə müxtəlif bəhanələr gətirmişdir. Bu barədə Xaçmaz RPŞ-nə müraciət etmiş. Polis Şöbəsində düzgün araşdırma aparılmamışdır, lakin o, qərardan şikayət verməmişdir. Cavabdeh aldığı pullardan ona 100 manat pul qaytarmış, qalan məbləği də qaynı Aydın İbrahimovdan alıb qaytaracağını demişdir. Polisin qərarında göstərilir ki, Nümayəndə, yəni onun göstərdikləri yalandır. Əgər yalan demişdirsə, nəyə görə onun barəsində cinayət işi qaldırılmamışdır. Məhkəmə iclasında üçüncü şəxs X5 göstərmişdir ki, 1995-ci ildə iddiaçıya və onun qardaşına mal vermişlər. Mal 25-30 nəfərin malı olub. Bəzilərinin pulu verilsə də, bir çoxunun pulu qaytarılmamışdır, lakin onun da pulu qaytarılmayıb. İddiaçının kiçik qardaşı ilə görüşüb, ondan iddiaçının telefon nömrəsini soruşmuşdur. 1 kq 1,5 dollardan fındıq, 1 kq 3 dollardan ləpə vermişdir. Yeznəsi Cavabdeh telefonda iddiaçıya bildirilmişdir ki, qaynı Aydına 4000 ABŞ dolları pul verməlidir. İddiaçı pulu cavabdehə göndərmiş, cavabdeh də həmin pulu ona göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz hesab edərək, Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə oların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -24 mart 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən olunur ki, Nümayəndə Xaçmaz rayon Prokurorluğuna müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda izahatı alınmış Nümayəndə göstərmişdir ki, fərdi sahibkardır. Belə ki, xarici ölkələrə ərzaq məhsulları göndərir. Bu işlərlə bağlı bir sıra şəxslərlə onun pul məsələləri olmuşdur. Belə məsələlərdən biri də X5 ilə baş verib. 1993-cü ildə Aydın İbrahimova gördüyü işlərlə bağlı 1050 ABŞ dolları borcu yaranıb. Lakin həmin borcu Aydına verməməyinə səbəb Aydının anası Sürəyya Əzizovanın üzərinə maşın sürməsi və həmin vaxt onun barəsində nalayiq ifadələr işlətməsi olmuşdur. Həmin hadisə ilə bağlı hal-hazırda məhkəmə prosesi gedir. Məhkəmə prosesi gedişində öyrənib ki, X1 borcunu bəhanə edərək 2011-ci ildə qardaşı İddiaçı 4200 ABŞ dolları pul istəmiş və Əziz həmin pulu Azərə bank vasitəsilə göndərmişdir. Bu hadisəni öyrəndikdən sonra başa düşmüşdür ki, Azər qardaşı Əzizi aldatmaq yolu ilə 4200 ABŞ dollar pulunu ələ keçirmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh göstərmişdir ki, Nümayəndə onun həmkəndlisidir. Yaqut 1992-1993-cü illərdə gördüyü işlərlə bağlı qaynı Aydın İbrahimova 4200 ABŞ dolları borclu qalmışdır. Lakin üzərindən uzun illər keçməsinə baxmayaraq Yaqut pulu ödəməmişdir. Bu barədə 2007-ci ildə Aydın ona bildirdikdə o, Yaqutun qardaşı İddiaçı tanıdığını və ondan bu pulu istəyə biləcəyini Aydına bildirib. Bundan sonra Əzizə qardaşı Yaqutun borclu qaldığını və pulu ödəmədiyini deyib. Əziz isə ona hesab nömrəsini göndərməsini və pulu oraya köçürəcəyini demişdir. Bundan sonra Əziz həmin hesaba 4200 ABŞ dolları pul göndərmişdir. Yaqutun onun qardaşı Əzizi aldatmağı ilə bağlı dedikləri tamamilə yalandır .O, Əzizlə razılıq əsasında bu pulu alıb və Aydına vermişdir. Həmin qərarda izahatı alınmış X5 göstərmişdir ki, 1992-1993-cü illərdə fındıq alveri ilə məşğul olub. Gördüyü bu işlə bağlı həmin illərdə Xaçmaz rayonu, Qusarçay kənd sakinləri olan Yaqut və Əziz qardaşlarına 2 ton 300 kq qabıqlı və 400 kq ləpə fındıq verib. Lakin Yaqut və Əziz həmin illərdə apardıqları fındığın pulunu, yəni 4200 ABŞ dolları verməmişlər. Həmçinin Yaqut və Əziz ölkə ərazisindən kənarda olduqları üçün də bu pulu uzun illər onlardan istəyə bilməmişdir. 2007-ci ildə isə Yaqut və Əzizin adını bilmədiyi lakin ləqəbi Mamul olan digər qardaşının Xaçmaz rayonu, Qusarçay kəndində olduğunu öyrənib. Buna görə də həmin vaxt Mamulun yanına gedərək qardaşları olan Yaqut və Əzizin ona borclu olduğunu və onlarla əlaqə yaratmaq istədiyini bildirmişdir. Mamul isə ona özünün Əzizlə əlaqə saxlayıb məsələni öyrənəcəyini və telefon nömrəsini həmkəndliləri olan qaynı Cavabdeh verəcəyini deyib. Üzərindən bir müddət keçəndən sonra qaynı Azər Əzizlə telefon əlaqəsi yaradıb. Aralarındakı söhbət nəticəsində Əziz pulu hesab nömrəsinə ödəyə biləcəyini bildirib. Buna görə də Azər hesab nömrəsi açdırıb və Əziz 4200 ABŞ dollarını həmin hesaba ödəyib. Daha sonra isə Azər öz hesabından çıxardığı 4200 ABŞ dollarını ona vermişdir. Yaqutun bildirdikləri tamamilə yalandır. Bu hadisədə heç kim aldadılmayıb və həmin ödənilmiş pul alver nəticəsində yaranmış borcun qaytarılmasıdır. -Cavabdeh etiraz ərizəsindən görünür ki, iddianı qəbul etməyərək göstərmişdir ki, onun Əziz adlı şəxsə hər hansı bir borcu yoxdur. Əksinə Əziz özünün illər əvvəl borclu olduğu pulu onun vasitəsilə qaynına qaytarmışdır. Bu barədə o, Xaçmaz rayon polis şöbəsində izahatında da qeyd etmişdir. Qeyd olunan məsələnin üzərindən 15 ildən artıq müddət keçmişdir. Ona görə də həm onun o şəxsə borcunun olmamasına görə, həm də iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. -İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, iddiaçı Cavabdeh 7300 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 95 manat rüsum ödənilmişdir. -Məhkəmənin sorğusuna əsasən alınmış Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2024cü il tarixli 1413 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 7E-6879 reyestr nömrəli etibarnamə xx.xx.2024-cü il tarixədək olan məlumata əsasən ləğv (xitam) olunmamışdır, halhazırda qüvvədədir. Beləliklə məhkəmə iclasına müəyyən olundu ki, iddiaçı cavabdehin bank hesabına 2007-ci ildə 4200 ABŞ doları göndərmiş, iddiaçının nümayəndəsi həmin pulun ona aid olduğunu və əsassız olaraq cavabdeh tərəfindən iddiaçının aldadılması yolu ilə iddiaçıdan alındığını, aralarında cəmi 850 dollara münasibətdə borc olduğunu bildirmiş, cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddianın əsassız olduğunu bildirmiş, həmçinin iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçının nümayəndəsi notariat qaydasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 7E-6879 reyestr nömrəli etibarnamə əsasında iddiaçının adından məhkəməyə iddia ərizəsi verməsinə və məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, o, iddiaçı olan qardaşı ilə 2011-ci ildən etibarən danışmadığını, əlaqələrinin olmadığı bildirmiş, məhkəmə etibarnamənin hüquqi qüvvəsinin yoxlanılması məqsədilə notariat orqanına sorğu vermiş və müəyyən edilmişdir ki, həmin etibarnamə ləğv olunmayıb, hazırda qüvvədədir. Həmçinin, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya məlumat göndərilmiş, lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi hadisənin nə vaxt baş verdiyini dəqiq xatırlamadığını qeyd etsə də, “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarda cavabdeh öz izahatında həmin pulun 2007-ci ildə onun bank hesabına göndərildiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi cavabdehin 2021-ci ildə ona 100 manat məbləğində ödəniş etməklə iddia müddətinin axımının kəsildiyini nümayiş etdirməyə çalışsa da, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi pulun əsassız olaraq cavabdehin bank hesabına göndərildiyini, onlar arasında hər hansı müqavilənin olmadığını bildirsə də, “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarda Cavabdeh və izahatı alınmış (mülki iş üzrə cəlb edilmiş üçüncü şəxs) X5 iddiaçının qardaşı olan nümayəndəsi ilə üçüncü şəxs arasında malların şifahi alqı-satqısından yaranmış borcun iddiaçı tərəfindən üçüncü şəxsə verilməsi məqsədilə cavabdehə verildiyini bildirmişdir. Həmçinin, iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında onun üçüncü şəxsə həmin məbləğdə deyil, 850 dollar məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiаçının nümayəndəsi iddia müddətinin üzrlü səbəblərdən buraxılması ilə bаğlı halları izahatında bildirməmiş və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə müvаfiq qаydаdа əsаslı və mötəbər sübutlаrı təqdim еtməmişdir. Bununlа dа, məhkəmə hеsаb еdir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini üzürsüz səbəblərdən ötürmüş, həmçinin iş üzrə cаvаbdеh tərəf bu tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməli olması qənaətinə gəlir. Mülki qаnunvеricilikdə əsassız varlanma ilə bağlı iddia müddəti iki il nəzərdə tutulmuş, iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 106.1-ci mаddəsi1 ilnə əsаsən, işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiаçı " İddiaçı Cavabdeh qarşı əsassız varlanmaya görə cavabdeh tərəfindən ödəməli olduğu 7300 AZN, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2752/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2752/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver