Məhkəmə qərarları › İş №2(067)-276/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-276/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-276/2025 13.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ona borclu olduqları 2700 manatın və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin yay sezonunda cavabdehlərlə münasibəti yaxşı olduğundan onlara etibar edib bağının məhsulunu onlara dəfələrlə nisyə satmışdır. Malı satdıqdan sonra malın pulunu gətirib ona vermişlər. Sonuncu dəfə cavabdehlər ondan 2700 manatlıq gilas alıb aparanda bildirmişlər ki, gilası satan kimi pulu gətirib ona verəcəklər. İndiyə kimi həmin borclu olduqları 2700 manatdan pul qaytarmamışlar. Cavabdeh2 söhbət zamanı ona həmin puldan 500 manat, sonra da qalanını qaytaracağını desə də, heç bir dəfə də ödəniş etməmişdir. Cavabdeh1 isə ona demişdir ki, o puldan ona qaytarmalı olduğu hissəni malı şərikli aldığı adama yəni hazırki iş üzrə birinci Cavabdeh2 qaytarmışdır. Ona borcu yoxdur. Ondan cavabddehlər gilası ikisi bir yerdə şərikli aldıqlarından ona hər ikisi də müştərək qaydada borclu olduqlarını onlara bildirsə də, uzun müddət keçməsinə baxmayaraq borclu olduqları pulu qaytarmamışlar. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, 2022-ci ilin yay sezonunda cavabdehlərlə münasibəti yaxşı olduğundan onlara etibar edib bağının məhsulunu onlara dəfələrlə nisyə satmışdır. Malı satdıqdan sonra malın pulunu gətirib ona vermişlər. Sonuncu dəfə cavabdehlər ondan 2700 manatlıq gilas alıb aparanda bildirmişlər ki, gilası satan kimi pulu gətirib ona verəcəklər. İndiyə kimi həmin borclu olduqları 2700 manatdan pul qaytarmamışlar. Cavabdeh2 söhbət zamanı ona həmin puldan 500 manat, sonra da qalanını qaytaracağını desə də, heç bir dəfə də ödəniş etməmişdir. Cavabdeh1 isə ona demişdir ki, o puldan ona qaytarmalı olduğu hissəni malı şərikli aldığı adama yəni hazırki iş üzrə birinci Cavabdeh2 qaytarmışdır. Ona borcu yoxdur. Ondan cavabdehlər gilası ikisi bir yerdə şərikli aldıqlarından ona hər ikisi də müştərək qaydada borclu olduqlarını onlara bildirsə də, uzun müddət keçməsinə baxmayaraq borclu olduqları pulu qaytarmamışlar. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ona borclu olduqları 2700 manatın və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər 10000 manatlıq mal aparmışlar və pulunu ödəmişlər. Sonuncu dəfə isə 2000 manatlıq borcu ödəməmişlər. Gilası cavabdehlərin hər ikisi Elmanın maşını ilə aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 ilə birlikdə şərikli İddiaçı bağından 2700 manat dəyərində gilas alıb aparıb satmışlar. Həmin pulun yarısını, yəni 1350 manatı İddiaçı borclu olduğu pulu 2024-cü ilin avqust ayında qaytaracaq. -Cavabdeh1 məhkəməyə göndərdiyi teleqramdan müəyyən olunur ki, Kəlbəcər rayonunda işlədiyinə görə məhkəmə iclasına gələ bilmir. İddiaçı tanımır. Onun tanıdığı Cavabdeh2dur, ondan mal alaraq pulunu ödəmişdir. Bunun nəzərə alınmasını xahiş edir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 47 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlərə bağının məhsulunu dəfələrlə nisyə satmışdır. Sonuncu dəfə cavabdehlər iddiaçıdan gilas alarkən malı satdıqan sonra pulu gətirib verəcəklərini bildimişlər, lakin borclu olduqları 2700 manat pulu iddiaçıya verməmişlər. Cavabdehlərdən Cavabdeh2 iddianı özünə aid hissədə qəbul edir, Cavabdeh1 iddianı qəbul etmir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2022-ci il tarixdə şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı bağında gilas məhsulunu alıcıya satmışdır. Cavabdehlərdən Cavabdeh2 ərizə yazaraq Cavabdeh1 ilə birlikdə şərikli olaraq İddiaçı bağından 2700 manat dəyərində gilas alıb aparıb satdıqlarını, həmin pulun yarısını, yəni 1350 manatı İddiaçı borclu olduğu olduğunu və pulu 2024-cü ilin avqust ayında qaytaracağını bildimişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə onun etirafı ilə sübut olunmuş hesab edilir və işin mübahisəsiz halına çevrilir. Cavabdehlərdən Cavabdeh1 isə məhkəməyə teleqram göndərərək İddiaçı tanımadığını və Cavabdeh2 mal alaraq pulunu ödədiyini bildirmişdir. Məhkəmə həmin izahata tənqidi yanaşaraq hesab edir ki, cavabdehin qeyd olunan məzmunda göndərdiyi teleqram müki məsuliyyətdən yayınmaq məqsədi daşıyır və onun teleqramda qeyd etdikləri iddiaçının və digər cavabdehin izahatları ilə təkzib edilir. Beləliklə, tərəflər arasında malın alqı-satqısına dair şifahi nisyə alqı-satqı müqaviləsinin olduğu, cavabdehlərin iddiaçıdan 2700 manatlıq mal aldığı, lakin aldığı malın pulunu ödəmədiklər işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2700 manat məbləğində pul və ödənilmiş 47 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar