Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2772/2021 04.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi üzrə kiçik iddialara dair sadələşmiş icraat qaydasında ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh Xəlilov X1 rayonu, Xırdalan şəhəri, məhəllə 27, 2B, 9 ünvanında yaşayır. AR-sı MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. AR-sı MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, cavabdeh Xəlilov X1 rayonu, Xırdalan şəhəri, məhəllə 27, 2B, 9 ünvanında qeydiyyatda olduğundan İddiaçı İB-nin ona qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi üzrə kiçik iddialara dair sadələşmiş icraat qaydasında ərizəsi Abşeron rayon məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi üzrə kiçik iddialara dair sadələşmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyatı üzrə Abşeron rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2772/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2772/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver