Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2789/2021 15.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 noyabr 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 08 iyul 2019-cu il tarixli, 300821-138322/10 saylı kredit müqaviləsi üzrə 2909,40 manat əsas, 42,22 manat faiz borcunun, 08 iyul 2019-cu il tarixli, 300821-138322/11 saylı kredit müqaviləsi üzrə 1482,76 manat əsas, 21,09 manat faiz borcunun və 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»na uyğun olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2019-cu il tarixli, 300821-138322/10 saylı güzəştlə krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 faiz olmaqla 2909,40 manat məbləğində kredit verilmişdir. Bundan başqa cavabdehlə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2019-cu il tarixli, 300821-138322/11 saylı güzəştlə krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 faiz olmaqla 1482,76 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. İş üzrə iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 08 iyul 2019-cu il tarixli, 300821-138322/10 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə borclu Cavabdeh2 60 ay müddətinə illik 1 faiz olmaqla 2909,40 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 iyul 2019-cu il tarixli, 300821-138322/11 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə borclu Cavabdeh2 60 ay müddətinə illik 1 faiz olmaqla 1482,76 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 ilə bank arasında bağlanmış 08 iyul 2019-cu il tarixli, 300821- 138322/10 saylı krediti müqaviləsinə əsasən 1 faiz dərəcəsilə 60 ay müddətinə 2909,40 manat məbləğində kredit götürmüşdür. Belə ki, 06.09.2021-ci il tarixə Borcalanın Banka 2909,40 manat məbləğində əsas, 42,22 manat faiz borcu olmaqla cəmi 2951,62 manat borcu vardır. Kredit müqaviləsi üzrə gecikmə 514 gün təşkil edir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 ilə bank arasında bağlanmış 08 iyul 2019-cu il tarixli, 300821- 138322/11 saylı krediti müqaviləsinə əsasən 1 faiz dərəcəsilə 60 ay müddətinə 1482,76 manat məbləğində kredit götürmüşdür. Belə ki, 06.09.2021-ci il tarixə Borcalanın Banka 1482,76 manat məbləğində əsas, 21,09 manat faiz borcu olmaqla cəmi 1503,85 manat borcu vardır. Kredit müqaviləsi üzrə gecikmə 514 gün təşkil edir. İş materiallarında olan zaminlik müqavilələrindən müəyyən olunur ki, zamin Cavabdeh1 kredit müqavilələri üzrə nəzərdə tutulmuş cədvələ uyğun olaraq, kreditin məbləği və kredit üzrə hesablanmış faizlər çərçivəsində, eləcə də borclu tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsi səbəbindən dəbbə pulun həddində borclunun öhdəliyi üçün birgə cavabdehlik daşıyacağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 08 iyul 2019-cu il tarixli, 300821-138322/10 saylı kredit müqaviləsi üzrə 2909,40 manat əsas, 42,22 manat faiz borcu, 08 iyul 2019-cu il tarixli, 300821-138322/11 saylı kredit müqaviləsi üzrə 1482,76 manat əsas, 21,09 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2789/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2789/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver