Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2822/2024 18.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3300 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü il tarixində may ayında tanışı Cavabdeh adlı şəxsə ona 200 blok “Winchester” markalı siqaret gətirməyi üçün 3300 manat məbləğində pul vermişdir. Cavabdeh isə ona “Manchester” markalı aksizli siqaretlər gətirmişdir. O, Cavabdeh bu siqaretlərdən istəmədiyini və ona verdiyi puİun ona qaytarmasını bildirmişdir. Azər isə ona cavabında özünə məxsus pulu qaytarmayacağını bildirmişdir. 2023-cü ilin oktyabr ayında Xaçmaz rayon polis şöbəsinə bu məsələ ilə bağlı ərizə ilə müraciət etmişdir. Aparılan araşdırmanın gedişində hər iki şəxsin izahatı alınan zaman onlar öz izahatlarında baş vermiş hadisəni qeyd etmişlər. Azər siqaretlərin Aydın Allahverdiyevdən aldığını bildirmişdir. Aydın isə Azərin ona 3150 manat pul vererək “winchester” markalı siqaret aldığını təxminən 5-6 gün sonra isə həmin siqaretləri bəyənmədiyini deyərək geri qaytardığını bildirmişdir. Aydın həmin zaman üzərində nağd pulun olmadığını qeyd edərək 25 dekabr 2023-cü il tarixdə pulları Cavabdeh qaytaracağına söz vermişdir. Xaçmaz rayon polis şöbəsində aparılan araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilən qərarda müraciətinin mükli xarakterli olması və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2023-cü ildə cavabdehə pul vermişdir ki, onun üçün siqaret gətirsin, lakin o, istədiyi marka yox, başqa markalı siqaret gətirmişdir. Buna görə də həmin siqaretləri qaytarmışdır. Cavabdeh siqaretlərin pulunu ona qaytarmayıb. Pulunu cavabdehdən geri istəyir. Malı qaytarılması ilə bağlı cavabdehin iştirakı ilə razılığa gəliblər, lakin mal qaytarılanda cavabdeh iştirak etməyib. Çayxanada o, cavabdeh və Aydın Allahverdiyev əyləşib, razılaşmışlar. Pulu birinci gün qaytaracağını demişdir. Cavabdeh istehza ilə ona təklif etmişdir ki, siqaretləri ona versəydi hər ay 1 blok satıb pulunu ona verərdi. Pulu Azərə siqaret almaq üçün vermiş, 2 həftə sonra Azər demişdir ki, siqareti Aydından almışdır. Azər siqaretləri Aydından alacağını əvvəlcədən desəydi, o buna razı olmazdı, çünki Aydının necə adam olduğunu o bilir. Cavabdehdən pulunu istəmiş, aralarında mübahisə düşmüşdür. Ona görə də pulu Aydından da istəmişdir. Onun pulu cavabdeh Azərdədir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı siqaretləri ona qaytarmamışdır. İddiaçı 3300 manat pulu ona verib. O, siqaretləri Aydın Allahveriyevdən alıb iddiaçıya vermişdir. İddiaçı siqaretləri baha olduğu üçün geri qaytarmaq istədiyini bildirmişdir. O da bu barədə Aydına demişdir. Aydın ona bildirmişdir ki, siqaretləri gətirib qaytarsın. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 60 manat rüsum ödənilmişdir. -Audio diskdən müəyyən olunur ki, iddiaçının Aydın olduğunu bildirdiyi şəxs “səhər allah qoysa qoyacam onu sevala götürərsən, Azərə çatdırılacaq ordan götürərsən” deyə bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin may ayında cavabdehə ona 200 blok “Winchester” markalı siqaret gətirməyi üçün 3300 manat məbləğində pul vermişdir. Cavabdeh isə ona “Manchester” markalı aksizli siqaretlər gətirmişdir. İddiaçı cavabdehə siqaretlərdən istəmədiyini və ona verdiyi pulun ona qaytarmasını bildirmişdir. İddiaçı aldığı malları cavabdehin razılığı ilə üçüncü şəxsə vermişdir, lakin cavabdeh pulu iddiaçıya qaytarmamışdır. Beləlikə, cavabdeh iddiaçı ilə aralarında olan şifahi tapşırıq müqaviləsinin şərtlərinə əməl etməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddaəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3-ci maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 780.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.4-cü maddəsinə əsasən hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı siqaretlərin alınmasını cavabdehə tapşırmış və razılaşdırılmış 3300 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh iddiaçıya məlumat vermədən ona tapşırılan işi mülki iş üzrə cəlb edilmiş üçüncü şəxsə həvalə etmiş, daha sonra iddiaçı ona verilən malların sifariş etdiyi mallarla eynilik təşkil etməməsi səbəbindən cavabdehin razılığı ilə malları üçüncü şəxsə qaytarmışdır. Lakin iddiaçının ödədiyi pul ona qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsinin olması, iddiaçının cavabdehə 3300 manat məbləğində pul verməsi və iddiaçı tərəfindən malların geri qaytarılmasi işin mübahisəsiz hallarıdır. Hazırda cavabdeh tərəfindən mübahisə edilən hal həmin pulun onda deyil, üçüncü şəxsdə olması və malların iddiaçı tərəfindən həmin şəxsə qaytarılması, bu səbəbdən onun məsuliyyət daşımaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh ona tapşırılan malların alınması üçün verilən pulu qəbul etməklə şifahi olaraq tapşırıq müqaviləsi bağlamış və Mülki qanunvericiliyin normalarına əsasən vəkalət verən qarşısında öhdəlik götürmüşdür. Lakin öhdəlikləri vicdanla yerinə yetirməyərək, vəkalət verənin haqlı mənafeyini müdafiə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vəkalət alan şəxs, yəni, cavabdeh öhdəliklərini özü icra etməli olduğu halda, vəkalət verənin göstərişlərindən kənara çıxmaqla əqdin icrasını buna ixtiyarı çatmadan üçüncü şəxsə vermiş, bu səbəbdən o, həmin şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyır və vurulmuş zərərin əvəzini ödəməlidir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 106.1-ci mаddəsinə əsаsən, işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməli, Cavabdeh 3300 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3300 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2822/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2822/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver