Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-286/2020 01.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 2513 manat məbləğində zərərin, avtomaşına vurulmuş zərərin qiymətləndirilməsinə görə “xxxxxxxxxxxx” MMC-nin hesabına ödənilmiş 50 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdə özünə məxsus “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşını baş etibarnamə əsasında X2 etibar etmişdir və həmin vaxtdan da qeyd edilən avtomaşını Xəyyam Mahmudov idarə edir. xx.xx.2019-cu il tarixdə, saat 09 radələrində Xəyyam Mahmudov etibarnamə əsasında idarə etdiyi ona məxsus avtomaşınla Quba rayonu, Alekseyevka kəndi ərazisindən Xaçmaz şəhəri istiqamətində dönmək üçün işıqları yandırıb sürətini azaldaraq sola dönmək istəyərkən arxadan gələn Cavabdeh idarə etdiyi “VAZ 21014” markalı, H-198 PC-05 Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı avtomaşın onu arxadan vurmuşdur. Qeyd edilən hadisə ilə bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılmış və xx xxxxxxxx 2019-cu il tarixli qərarla Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. Quba rayon Polis Şöbəsinin DYPB-i tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli İXP ******* saylı X8 protokolla Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olması müəyyən olunmuş və onun təqsirli hərəkətləri nəticəsində onun mülkiyyətində olan “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə 2513 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə həmin avtomaşına vurulmuş zərərin qiymətləndirilməsinə görə 50 manat məbləğində pul isə tərəfindən “xxxxxxxxxxxx” MMC-nin hesabına ödənilmişdir. Yolnəqliyyat hadisəsinin törədilməsində bütün məsuliyyət Cavabdeh üzərindədir. Cavabdehlə mülkiyyətində olan avtomaşına vurulmuş ziyanı könüllü qaydada ödənilməsi barədə razılıq əldə etməyə çalışsa da, heç bir nəticə əldə etməmiş, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2513 manat məbləğində maddi ziyanın, 50 manat xidmət haqqının və Quba ASAN Vəkil bürosunun hesabına ödənilmiş 100 manat pulun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və X6 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkiliX5 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA № 135135 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı məxsusdur. İş materiallarında olan ƏN-İİ seriyalı 681402 saylı etibarnamədən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşını X2 15 il müddətinə xx.xx.2024-cü il tarixədək etibar etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ziyan aktından müəyyən olunur ki, “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ümumi ziyan 2513 manat təşkil edir. ş materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mədaxil ödəniş qəbzindən müəyyən olunur ki, “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanı qiymətləndirməyə görə 50 manat xidmət haqqı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X8 Protokoldan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə saat 09:50-də VAZ 211440 markalı H198PC05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh X1 etibarnamə ilə idarə etdiyi “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşın arxadan vurulmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.256 saylı müqavilədən müəyyən olunur ki, iddiaçı İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Quba ASAN Vəkil bürosunun hesabına 100 (yüz) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1498 saylı ekspert rəyindən müəyyən olunur ki, Nəzəri hesablama yolu ilə iş materiallarında olan Səlimoğlu avtotexniki təmir stansiyasının xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1991-ci il buraxlışlı “VAZ 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1833.00 (min səkkiz yüz otuz üç) manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri qanunvericilikdə müəyyən edilmiş qaydada müəyyən olunmuş Cavabdeh İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, cavabdeh tərəfindən iddia ərizəsində göstərilən ziyan məbləğinin vurulmasını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin ediləndir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı ondan tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1833.00 (min səkkiz yüz otuz üç) manat məbləğində maddi ziyan, 50 (əlli) manat məbləğində dəymiş ziyanı qiymətləndirməyə görə xidmət haqqı, 100 (yüz) manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqı tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdehalınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1833.00 (min səkkiz yüz otuz üç) manat məbləğində maddi ziyan, 50 (əlli) manat məbləğində dəymiş ziyanı qiymətləndirməyə görə xidmət haqqı, 100 (yüz) manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutulsun. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-286/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-286/2020
01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver