Məhkəmə qərarları › İş №2(067)-2874/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2874/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2874/2021 21.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçıASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçıASC-nin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçıASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “TuranBank ASCnin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi vaxtından əvvəl xitam verilməsi, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 “Bank”a olan 8765.00 (səkkiz min yeddi yüz altmış beş) manat əsas, 47.82 (qırx yeddi manat, səksən iki qəpik) manat faiz, 8.30 (səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8821.12 (səkkiz min səkkiz yüz iyirmi bir manat, on iki qəpik) manat kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən (borclu Cavabdeh3, zaminlər - Cavabdeh2, Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi, Bankın Xaçmaz filialı ilə Cavabdeh3 arasında 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ümumi dəyəri 3600 (üç min altı yüz manat) olan ev əşyaları, əsas vəsait kimi ümumi dəyəri 2000 (iki min manat) manat olan VAZ 2107 markalı minik avtomobili, ümumi dəyəri 3640 (üç min altı yüz qırx manat) manat olan dövriyyə vəsaitinə yönəldərək, açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi, Girov qoyulmuş məbləğ borc məbləğinin ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizədən görünür ki, iddiaçı TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019-cıı il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi vaxtından əvvəl xitam verilməsi, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 “Bank”a olan 8765.00 (səkkiz min yeddi yüz altmış beş) manat əsas, 92.04 (qırx yeddi manat, səksən iki qəpik) manat faiz, 8.30 ( səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8865.34 (səkkiz min səkkiz yüz altmış beş manat, 34 qəpik) manat kredit borcu qalmışdır. 8865.34 (səkkiz min səkkiz yüz altmış beş manat, 34 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh3, zaminlər - Cavabdeh2, Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi, Bankın Xaçmaz filialı ilə Cavabdeh3 arasında 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ümumi dəyəri 3600 (üç min altı yüz manat) manat olan ev əşyaları, əsas vəsait kimi ümumi dəyəri 2000 (iki min manat) manat olan VAZ 2107 markalı minik avtomobili, ümumi dəyəri 3640 (üç min altı yüz qırx manat) manat olan dövriyyə vəsaitinə yönəldərək, açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi, Girov qoyulmuş məbləğ borc məbləğinin ödənilməsi kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2019-cu il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 1% faiz olmaqla 12 (on iki) ay güzəşt müddəti olmaqla, 60 (altmış) ay müddətinə 8765 (səkkiz min yeddi yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh3 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə X2 və Cavabdeh1 arasında 14.11.2019-cu il tarixli 7835/F-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə Cavabdeh3 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi TuranBank Asc ilə cavabdehin arasında bağlanmış 2019-cu il tarixli 7835/F-19 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ümumi dəyəri 3600 (üç min altı yüz manat) manat olan ev əşyaları, əsas vəsait kimi ümumi dəyəri 2000 (iki min manat) manat olan VAZ 2107 markalı minik avtomobili, ümumi dəyəri 3640 (üç min altı yüz qırx manat) manat olan dövriyyə vəsaiti girov ilə yüklü edilmişdir. Belə ki, Cavabdeh3 14.11.2019-cu il tarixli İK № 7835/F- 19 sa} h kredit müqaviləsinə əsasən öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Hal-hazırda Cavabdeh3 “Bank”a 8765.00 (səkkiz min yeddi yüz beş) manat əsas, 47.82 (qırx yeddi manat, səksən iki qəpik) manat faiz, 8.30 (səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8821.12 (səkkiz min səkkiz yüz iyirmi bir manat, on iki qəpik) manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki. kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini tam etiraf etdiyini və iddianın təmin olunmasına etirazın olmadığını bildirmişidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 sayl kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2019-cu il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 1% faiz olmaqla 12 (on iki) ay güzəşt müddəti olmaqla, 60 (altmış) ay müddətinə 8765 (səkkiz min yeddi yüz altmış beş) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019-cıı il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi vaxtından əvvəl xitam verilməsi, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 “Bank”a olan 8765.00 (səkkiz min yeddi yüz altmış beş) manat əsas, 92.04 (qırx yeddi manat, səksən iki qəpik) manat faiz, 8.30 ( səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8865.34 (səkkiz min səkkiz yüz altmış beş manat, 34 qəpik) manat kredit borcu qalmışdır. 8865.34 (səkkiz min səkkiz yüz altmış beş manat, 34 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh3, zaminlər - Cavabdeh2, Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi, Bankın Xaçmaz filialı ilə Cavabdeh3 arasında 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ümumi dəyəri 3600 (üç min altı yüz manat) manat olan ev əşyaları, əsas vəsait kimi ümumi dəyəri 2000 (iki min manat) manat olan VAZ 2107 markalı minik avtomobili, ümumi dəyəri 3640 (üç min altı yüz qırx manat) manat olan dövriyyə vəsaitinə yönəldərək, açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi, Girov qoyulmuş məbləğ borc məbləğinin ödənilməsi kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. İddiaçıASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019cıı il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi vaxtından əvvəl xitam verilsin. TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 “Bank”a olan 8765.00 (səkkiz min yeddi yüz altmış beş) manat əsas, 92.04 (qırx yeddi manat, səksən iki qəpik) manat faiz, 8.30 ( səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8865.34 (səkkiz min səkkiz yüz altmış beş manat, 34 qəpik) manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən (borclu - Cavabdeh3, zaminlər - Cavabdeh2, Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-nin xeyrinə ödənilsin. Bankın Xaçmaz filialı ilə Cavabdeh3 arasında 14 noyabr 2019-cu il tarixli İK № 7835/F-19 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ümumi dəyəri 3600 (üç min altı yüz manat) manat olan ev əşyaları, əsas vəsait kimi ümumi dəyəri 2000 (iki min manat) manat olan VAZ 2107 markalı minik avtomobili, ümumi dəyəri 3640 (üç min altı yüz qırx manat) manat olan dövriyyə vəsaitinə yönəldərək, açıq hərracda satılsın və satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilsin. Girov qoyulmuş məbləğ borc məbləğinin ödənilməsi kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar