Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2884/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair müvafiq qaydaya riayət etməmişdir. Tərəflər arasında bağlanmış Hüquqi yardım xidmətlərinin göstərilməsi haqqında Müqavilənin 9.2-ci bəndinə əsasən Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irl sürülməsi qaydası ilə həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-2884/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2884/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver