Məhkəmə qərarları › İş №2(067)-289/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-289/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-289/2024 09.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1000 (min) manat məbləğində maddi zərərin və 30 manat məhkəmə rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2022-ci il tarixində, Xaçmaz şəhəri, Nərimanov küçəsində idarə etdiyi özünə məxsus KHAZAR-SAMAND markalı, **-BU-*** nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi YAZ 21099 minik markalı, ** NC *** nömrə nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək qarşına çıxmış və onun avtomobilinə toxunmuşdur. Baş vermiş hadisə barəsində Xaçmaz DYPB-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Həmin qərarla cavabdeh barəsində Azərbaycan Respublikası İXMnin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü seçilmişdir. Cavabdehin əməli nəticəsində avtomobilin sağ ön və arxa qapı, ön sağ qanad yararsız vəziyyətə düşmüşdür. Qeyd olunan avtomobil hissəslərinin alınmasına 750 manat, həmin hissələrin avtomobilin üzərinə quraşdırılmasına görə xidmət haqqı olaraq 300 manat, rənglənmə işinə 300 manat olmaqla ümumilikdə 1250 manat məbləğində, avtomaşınına keçirilmiş texniki baxışa və qiymətləndirməyə görə 50 manat pul xərcləmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində ona ümumilikdə 1300 (min üç yüz) manat məbləğində maddi zərər dəymişdir. Bundan sonra cavabdeh iki dəfə olmaqla ona cəmi 300 manat məbləğində pul ödəmişdir. Ondan sonra cavabdehə ona dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə müraciət etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Bu barədə Xaçmaz RPŞ-nə də müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh ona 1000 manat ziyan vursa da, 300 manatı ödəyib. Ekspertiza da təyin olunub və rəy verib. Cavabdehdən 750 manat pulu tələb edir. Xahiş edir iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, o, cavabdehə 300 manat ödəmişdir. İddiaçının dediyi ilə razı deyil. 400 manat məbləğ ilə razılaşmışlar. Həmin pulu qəbz əsasında verməmişdir. Pulu iddiaçıya vermişdir. Yəni, 300 manatı ödəmişdir. İnzibati məsuliyyətə cəlb olunma ilə bağlı qərardan şikayət verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan X5 TP 533866 saylı xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9349 saylı ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 209 nömrəli qüsur aktında xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində 2018-ci il buraxılışlı, “Khazar Samand” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1050,00 manat, o cümlədən: - dəyişilməli hissələrin qiyməti - 650,00 manat; - təmir- bərpa işlərinin qiyməti - 400,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 993,00 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti – 593.00 manat, təmir- bərpa işlərinin qiyməti - 400 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 300 manat məbləğində pul vermişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9349 saylı rəyindən müəyyən olunur ki, tərəflərdən aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. - xx.xx.2023-cü il tarixli ziyan aktının surətindən görünür ki, “Khazar Samand” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 1250 manat məbləğində müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh yolnəqliyyat hadisəsi zamanı iddiaçıya zərər vurmuşdur. Bu hallar X5 qərar və digər sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərər iş materialları ilə təsdiq olunur. Bundan başqa iş materiallarında olan ödəniş qəbzi və iddiaçının özünün məhkəmə iclasında verdiyi ifadəsi əsasında 300 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənildiyi təsdiq olunduğundan, iddia qismən əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tələb bu hissələrdə təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq cavabdehdən 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 700 manat maddi ziyan, 30 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar