Məhkəmə qərarları › İş №2(067)-3030/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3030/2022

06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3030/2022 06.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit məbləğdə alimentin və xx.xx.2004-cü il təvəllüdlü X3 Azərbaycan Respublikası Xəzər Universitetində təhsili başa çatana qədər, hər ay əlavə təhsil xərcləri kimi 400 manat məbləğində pul Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1792\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin 2(067)-677\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmiş və Xaçmaz rayon Məhkəməsinin 2(067)-4531\2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılıb, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment Cavabdeh tutulması qət edilmişdir. uşaqlara aliment müəyyən edilən vaxtdan iki ildən artıq müddət keçmişdir. Bu müddət ərzində istehlak mallarının qiymətləri dəfələrlə artmışdır. Uşaqlar böyüyüb və tələbatları xeyli artmışdır. Respublikada minimum əmək haqqı da dəfələrlə artmışdır. Yaşayış minimumu isə 2022-ci il üçün hər uşağa görə 193 manat müəyyən edilmişdir. odur ki, bütün bunları nəzərə alaraq uşaqlara ödənilən alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Cavabdehin fındıq bağı var və hazırda məhsuldarlığı artmışdır. Bundan başqa da cavabdeh fərdi işlər görməklə qazanc əldə edir. xx.xx.2004-cü il təvəllüdlü qızı Çimnaz Osmanova yetkinlik yaşına çatmış və 18 yaşı tamam olmuşdur. O, Bakı şəhərində kirayədə qalmaqla ali təhsil alır. Hər ay 200 manat kirayə haqqı ödəyir, məktəb ləvazimatlarının və istehlak mallarının alınması üçün hər ay 00 manat pul ödəməli olur. Ona görə də cavabdeh həmin xərclərin ödənilməsində iştirak etməlidir. Cavabdeh mediasiya şurasında onun tələbləri ilə razılaşmadığına görə o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qızı Çimnaz yetkinlik yaşına çatdığına görə cavabdeh onun üçün aliment ödəmir. Hazırda yetkinlik yaşına çatmayan hər bir uşağı üçün 130 manat aliment alır. Çimnaz hazırda Xəzər Universitetində mühəndis ixtisası üzrə 2-ci kursda əyani, dövlət hesabına ödənişsiz təhsili alır. Amma onun təhsil alması ilə bağlı ərzaq, geyim xərcləri, kirayə haqqı var, o, qızının təhsil xərcləri cavabdehlə aralarında bölünməsini, həmçinin o biri iki uşağı üçün cavabdehin ödədiyi alimentin məbləği artırılmasını xahiş edir. O, özü müəllimə işləyir və 800 manatadək əmək haqqı alır. Uşaqların təhsili, gələcəyi üçün çalışır. Kiçik qızı kursa gedir və aylıq 200 manat pul ödəyir. Bütün bunları təkbaşına qarşılaya bilmir. Cavabdeh son 3 ildə alimenti mütəmadi ödəyib və qızı Çimnaza ayda 20-40 manat göndərir, amma bütün yüksək vəsait tələb olunan xərcləri o, tək başına qarşılayır. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, yetkinlik yaşına çatmayan iki uşaqlarına görə iddiaçıya aliment ödəyir və həmin alimentin miqdarının artırılmasına razıdır. Yetkinlik yaşına çatan qızları Çimnaz üçün isə alimenti mütəmadi ödəmiş, bir ata kimi ona imkanı daxilində köməklik də göstərir. Amma təhsil haqqı ilə bağlı iddiaçının tələbini qəbul etmir. O, “X15 Qida Sənaye Ticarət” MMC-də bağban işləyir və ayda 326 manat əmək haqqı alır, başqa iş yeri yoxdur. Sürücü kimi isə 2 gün öncə işdən çıxmışdır. İş üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, cavabdehi yaxından tanıyır və onunla 5 ildir ki bir yerdə işləyirlər. İşə bir yerdə gedib-gəlirlər. Onlar “Can Aqro” şirkətində bağban işləyir, cavabdeh isə briqadir işləyir. İş saatı saat 8-00-da başlayır, 18-00-19-00-da başa çatır. Cavabdehin başqa iş yeri olduğu barədə məlumatı yoxdur. İş üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, cavabdehlə bir yerdə işləyir. Cavabdehlə işlədiyi müddətdə onun şirkətdə əlavə qazanc əldə etdiyini görməmişdir. hazırda bağda fəhlə işləyir və şirkətdə işi rəsmi deyil. Lakin sənədlərini işlədiyi şirkətə təqdim etmişdir və şirkətdən onlara yaxın müddətdə iş yerini rəsmiləşdiriləcəyini bildirmişlər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-677/2020 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir . İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1792\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1792\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin 2(067)-677\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmiş Xaçmaz rayon Məhkəməsinin 2(067)-4531\2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılıb, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment Cavabdeh tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X2 Universitetinin İqtisadiyyat və Menecment fakultəsinin “Mühasibat” ixtisası üzrə 2-ci il əyani bakalavr təhsili alır. İş materiallarında olan ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemində arayışdan müəyyəın olunur ki, Cavabdeh həqiqətən də, “X15 Qida Sənaye Ticarət” MMC-də bağban vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 326 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında qeyd edilir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmış övladı X3 təhsil ilə bağlı əlavə xərclərə cəlb edilməsi əsassız olduğundan, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1792\2020 saylı, xx.xx.2020-ci saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 görə hər ay cəmi 260 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 126 manat artırıldığından, iddianın qiyməti 126 manat x 12 aya=1512 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 35.12 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1792/2020 saylı, xx.xx.2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 35.12 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar