Məhkəmə qərarları › İş №2(067)-3058/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3058/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3058/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı X2 qarşı verilmiş beh məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 qarşı verilmiş beh məbləğinin geri qaytarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Hesab edirəm ki, məhkəmə qətnaməsinin çıxarılması barədə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı X1 iş üzrə şahid qismində çıxış edə biləcəyini göstərsə də, qanunun tələblərinə uyğun olaraq onun adını, soyadını, atasının adını şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatlarını göstərməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı X2 qarşı verilmiş beh məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar