Məhkəmə qərarları › İş №2(067)-308/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-308/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-308/2025 13.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 626.80 manat ödədiyi cərimə pulun, maşının təmirinə qoyduğu 1200 manat pulun və ödədiyi 35 manat dövlət rüsumu olmaqla, cəmi 1861 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2023-cü ilin yanvar ayında onun yaşadığı ünvana gələrək qohumu Rafael adlı şəxsin adını çəkərək onun avtonəqliyyat vasitəsini icarəyə götürmək istədiyini və razılaşsalar hər ay vaxtı vaxtında icarənin pulunu ödəyəcəyini bildirmişdir. Aralarında gəldikləri razılığa əsasən 400 manat pul ödəyəcəyini, habelə şirkətdə işlədiyini və 400 manat pulun 300 manatını şirkət tərəfindən ödəniləcəyini və şirkətin əlavə olaraq mühərrikin yağına kimi dəyişəyini demişdir. İcarə haqqı 400 manat razılaşaraq avtonəqliyyat vasitəsini yalnız işə və evə gedib-gəlməyini demişdir. Şifahi olaraq razılaşmışlar və o, Cavabdeh beş aylıq etibarnamə vernişdir. Elə ikinci ayda qardaşı ona demişdir ki, Cavabdeh Xaçmaz-Sumqayıt şəhərlər arası taksi işləyir. O, Cavabdeh ünvanına getmiş və cavabdehin atası ona oğlunun çoxdan işdən çıxdığını və hazırda taksi işlədiyini bildirmişdir. Onuda bildir ki, maşın üç ay cavabdehdə qalmış və cavabdeh ona üç aya görə 1200 manat verməli olduğu halda cəmi 450 manat pul vermişdir. O, üçüncü ayda gedib maşını cavabdehdən almış və maşının təmirinə 1200 manat pul vermişdir. Lakin avtonəqliyyat vasitəsinin üzərində 626.80 manat cəriməsi olmuş, onu da özü ödəmişdir. Sözü gedən cəriməni o, nəğd ödəmişdir. Qəbzlər də onda var. O, çarəsiz qalaraq Xudat şəhər polis bölməsinə onun etdiyi hərəkət barədə şifahi rəsmi şikayət etmiş, oradan isə ona iş materialları mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir k, cavabdeh onun maşınına ziyan vurmuşdur. Bankdan kredit götürüb cərimələri ödəmişdir Cavabdeh onu aldadaraq şirkətdə işlədiyini deyib maşını işdən evə, evdən işə gedəcəyini bildirmişdir. Lakin taksi fəaliyyəti ilə məşğul olmuşdur. Cərimələri də o özü ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh avtombili onlardan icarəyə alıb qəza törətmişdir. Cavabdehə avtomobili etibarnamə ilə vermişlər. Avtomobili 6 aylıq icarəyə götürmüşdür və hər ay 400 manat icarə haqqı ödəyəcəkdir. Maşını cavabdehə icarəyə verdikdən 1 ay sonra maşından taksi fəaliyyəti kimi istifadə etdiyini öyrənmişlər. İcarə müqaviləsi bağlamamışlar, sadəcə aralarında şifahi şəkildə razılaşma olmuşdur. Cavabdeh avtomobili 3 ay istifadə eymişdir. Onun sürücülük vəsiqəsi alınmasın deyə cərimələrini onlar ödəmişlər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 29 yanvar 2024-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı özünə məxsus “VAZ-21074 MİNİK” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh 5 ay 11 gün müddətə idarə etmək üçün etibarnamə əsasında vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin web portalı çıxarışlarından müəyyən olunur ki, İddiaçı məxsus “VAZ-21074 MİNİK” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh barəsində yol hərəkəti haqqında qanunun tələbinin pozulması haqqında Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən inzibati protokollar tərtib olunmuşdur. 10 iyun 2024-cü il tarixli **********, **********, **********, **********, **********, **********, **********, ********** və ********* saylı mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı EQ- 19460983, EQ-20001279, EQ-20404215, İXP-6052798, EQ-19388415, EQ-19888831, İXP-6069279, EQ-19094263 və EQ-19891243 nömrəli protokollar üzrə Cavabdeh adından Daxili İşlər Nazirliyi BDYPİ-nə ümumilikdə 626.80 manat məbləğində pul (cərimə) ödəmişdir. 23 iyul 2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus “VAZ-21074 MİNİK” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh icarə əsasında verilməsi barədə aralarında şifahi şəkildə razılaşmışlar. Lakin aralarında icarə ilə bağlı yazılı qaydada müqavilə bağlamamışlar. Bundan sonra İddiaçı Cavabdeh həmin avtomobili 5 ay 11 gün müddətə idarə etmək üçün etibarnamə əsasında vermişdir (nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 29 yanvar 2024-cü il tarixli etibarnamə). Lakin bir müddət keçdikdən sonra aralarındakı razılaşma pozulmuş, İddiaçı avtomobili Cavabdeh geri almışdır. Cavabdeh iddiaçıya məxsus avtomili etibarnamə əsasında idarə etdiyi zaman müxtəlif vaxtlarda, dəfələrlə yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və barəsində səlahiyyətli orqan tərəfindən protokollar tərtib olunaraq cərimə olunmuşdur. Həmin cərimələr İddiaçı tərəfindən ödənilmişdir. Bu iş materiallarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli **********, **********, **********, **********, **********, **********, **********, ********** və ********* saylı mədaxil qəbzləri ilə də sübuta yetirilir. Belə olan halda məhkəmə iddia tələbini bu hisssədə əsaslı hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, iddiaçı ərizəsində cavabdehin ona məxsus avtomobilini etibarnamə əsasında idarə etdiyi müddətdə maddi ziyan vurduğunu, lakin avtomobili öz hesabına təmir etdirdiyini qeyd edərək, iddia tələbində sözügedən avtomobilin təmirinə qoyduğu 1200 manat pulu cavabdehdən tələb etsə də bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələbini bu hisssədə əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi (1826.80 manat) qismən, yəni iş materialları ilə sübuta yetirildiyi həcmdə (626.80) təmin edilməli, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri qismən cavabdehə aid edilməlidir. Belə olan halda İddiaçı 30 manat məbləğində pul Cavabdeh tutulmalıdır. Rüsum qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və iddiaçı tərəfin izahatını dinləyib, cavabdehin istintaq orqanında verdiyi izahatı nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 626.80 (altı yüz iyirmi altı səksən) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 626.80 (altı yüz iyirmi altı manat, səksən qəpik) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 30 məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar