Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-310/2025 23.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1230 manat məbləğində pulun və ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşusu vasitəsi ilə tanımışdır. Cavabdeh bundan bir müddət sonra ondan borc pul istəmişdir. Aralarında olan razılığa əsasən o, 1650 manat pulu 2023-cü ilin avqust ayında ən qısa zamanda qaytarmaq şərti ilə cavabdehə borc vermişdir. Borcu verdiyi tarixdən bir iki ay sonra o, iki dəfə borcundan hər ay 210 manat olmaqla cəmi 420 manat pul ödəmişdir. Borca pul verdiyi zaman cavabdeh ona bank kartı vermiş və əgər pulu gecikdirəcəyi halda həmin kartdan pul çıxara biləcəyini demişdir. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş, ümumi borcdan qalan 1230 manat məbləğində pulu ödəməkdən yayınmış və hər dəfə müxtəlif bəhanələr gətirərək onu gözlətmişdir. O, cavabdehin verdiyi kartdan pul çıxarmaq istədikdə kartın balansının boş olduğunu bilmişdir. Bu səbəbdən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, polisə izahat verən zaman cavabdeh qeyd edilən halları etiraf etmişdir. Lakin ötən müddət ərzində qalan məbləği qaytarmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh qonşusu vasitəsi ilə tanımışdır. Cavabdeh bundan bir müddət sonra ondan borc pul istəmişdir. Aralarında olan razılığa əsasən o, 1650 manat pulu 2023cü ilin avqust ayında ən qısa zamanda qaytarmaq şərti ilə cavabdehə heç bir faiz almadan borc vermişdir. Borcu verdiyi tarixdən bir iki ay sonra o, iki dəfə borcundan hər ay 210 manat olmaqla cəmi 420 manat pul ödəmişdir. Borca pul verdiyi zaman cavabdeh ona bank kartı vermiş və əgər pulu gecikdirəcəyi halda həmin kartdan pul çıxara biləcəyini demişdir. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş, ümumi borcdan qalan 1230 manat məbləğində pulu ödəməkdən yayınmış və hər dəfə müxtəlif bəhanələr gətirərək onu gözlətmişdir. O, cavabdehin verdiyi kartdan pul çıxarmaq istədikdə kartın balansının boş olduğunu bilmişdir. Bu səbəbdən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, polisə izahat verən zaman cavabdeh qeyd edilən halları etiraf etmişdir. Lakin ötən müddət ərzində qalan məbləği qaytarmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasıəna gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında göstərmişdir ki, İddiaçı 1650 manat pulu faizlə borc alıb baldızına vermişdir. Hazırda 1650 manat puldan 1230 manat borcu qalmışdır. Baldızı yanvar ayında pulu qaytaracaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər Polis İdarəsinin 12 sentyabr 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə ünvanlandığı müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə ünvanlanmış izahatından müəyyən olunur ki, cavabdeh İddiaçı 1650 manat pulu faizlə almış, 700 manatı qaytarmış, qalan pul qalmışdır. 01 oktyabr 2024-cü il tarixli pödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya 1230 manat pul borclu olması etiraf olunduğundan, iddia təmin edilməli və Cavabdeh 1230 manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1230 manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-310/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-310/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver