Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3155/2021 03.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün yaranmış 744 manat 40 qəpik ödənilməmiş əsas, 74 manat 60 qəpik cərimə borcu və 03 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon üçün ödənilməmiş qalan 279 manat 80 qəpik əsas, 27 manat 20 qəpik cərimə borcu olmaqla ümumilikdə 1126 manat məbləğində borcun və dövlət rüsümü olaraq ödənilmiş 31 manat 26 qəpik pulun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 24 dekabr 2019 və 03 mart 2020-ci il tarixli müqavilələrə əsasən “Samsung LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı və İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1123.2 manat (18 ay x 62.4 manat + 0 manat ilkin ödəniş) “Samsung LED” markalı televizor, “Sonorous Surefix” asqı üçün ümumilikdə 819 manat olmaqla ondan 744,4 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 74,6 manat miqdarında cərimə, alqı-satqı qiyməti alqı-satqı qiyməti 514,8 manat (12 ay x 42.9 manat + 0 manat ilkin ödəniş İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon üçün ümumilikdə 307 manat olmaqla ondan 279,8 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 27,2 manat miqdarında cərimə borcları yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 613,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlər nəzərə alınmaqla Cavabdeh 24 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün yaranmış 744 manat 40 qəpik ödənilməmiş əsas, 74 manat 60 qəpik cərimə borcu və 03 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon üçün ödənilməmiş qalan 279 manat 80 qəpik əsas, 27 manat 20 qəpik cərimə borcu olmaqla ümumilikdə 1126 manat məbləğində borcun və dövlət rüsümü olaraq ödənilmiş 31 manat 26 qəpik pulun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. İşdə olan 28 oktyabr 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 744,4 manat, cərimə borcu 74,6 manat və 03 mart 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 279 manat 80 qəpik, cərimə borcu 27,2 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmişqaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 24 dekabr 2019 və 03 mart 2020-ci il tarixli müqavilələrə əsasən “Samsung LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı və İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1123.2 manat (18 ay x 62.4 manat + 0 manat ilkin ödəniş) “Samsung LED” markalı televizor, “Sonorous Surefix” asqı üçün ümumilikdə 819 manat olmaqla ondan 744,4 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 74,6 manat miqdarında cərimə, alqı-satqı qiyməti alqı-satqı qiyməti 514,8 manat (12 ay x 42.9 manat + 0 manat ilkin ödəniş İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon üçün ümumilikdə 307 manat olmaqla ondan 279,8 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 27,2 manat miqdarında cərimə borcları yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 613,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlər nəzərə alınmaqla Cavabdeh 24 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün yaranmış 744 manat 40 qəpik ödənilməmiş əsas, 74 manat 60 qəpik cərimə borcu və 03 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon üçün ödənilməmiş qalan 279 manat 80 qəpik əsas, 27 manat 20 qəpik cərimə borcu olmaqla ümumilikdə 1126 manat məbləğində borcun və dövlət rüsümü olaraq ödənilmiş 31 manat 26 qəpik pulun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 manat 26 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 24 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün yaranmış 744 manat 40 qəpik ödənilməmiş əsas, 74 manat 60 qəpik cərimə borcu və 03 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon üçün ödənilməmiş qalan 279 manat 80 qəpik əsas, 27 manat 20 qəpik cərimə borcu olmaqla ümumilikdə 1126 manat məbləğində borc və dövlət rüsümü olaraq ödənilmiş 31 manat 26 qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cımaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 24 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün yaranmış 744 (yeddi yüz qırx dörd) manat 40 (qırx) qəpik ödənilməmiş əsas, 74 (yetmiş dörd) manat 60 (altmış) qəpik cərimə borcu və 03 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03110 olan “Samsung Galaxy A20s” markalı mobil telefon üçün ödənilməmiş qalan 279 (iki yüz yetmiş doqquz) manat 80 (səksən) qəpik əsas, 27 (iyirmi yeddi) manat 20 (iyirmi) qəpik cərimə borcu olmaqla ümumilikdə 1126 (bir min bir yüz iyirmi altı) manat məbləğində borc və dövlət rüsümü olaraq ödənilmiş 31 (otuz bir) manat 26 (iyirmi altı) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-3155/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3155/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver