Məhkəmə qərarları › İş №2(067)-3193/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3193/2025

24.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3193/2025 24.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə mülki məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu X1 İdarəsi tərəfindən İddiaçı (Qəbz № 21059, ödəniş tarixi xx.xx.2025) qaytarılsın. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar