Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3224/2022 03.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddaçı İddiaçı cavabdeh Xaçmaz Rayon Polis Şöbəsinin,Xudat Şəhər Polis X1rşı inzibati qərardan şikayətinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddaçı İddiaçı cavabdeh Xaçmaz Rayon Polis Şöbəsinin,Xudat Şəhər Polis X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində, yol patrul xidmətinin inspektoru tərəfindən ona tərtib olunmuş qərardan şikayət vermək əvəzinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddaçı İddiaçı cavabdeh Xaçmaz Rayon Polis Şöbəsinin, Xudat Şəhər Polis X1rşı inzibati qərardan şikayətinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, xx.xx.2022-ci il tarixli qərardan şikayət vermək hüququ var. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-3224/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3224/2022
03.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver