Məhkəmə qərarları › İş №2(067)-3267/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3267/2023

19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3267/2023 19.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(067)-308/2019 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı- xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanilması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-308/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat məbləğində sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2276/2019 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-308/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda maddi imkanı çox aşağıdır. Cavabdeh tərəfindən ona ödənilən aliment uşaqların maddi tələbatını ödəmir. Ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin yüksək məbləğdə aliment ödəmyə qadirdir. Belə ki,cavabdeh yüksək qazanc əldə edir. O, özü isə heç bir yerdə işləmir. Azərbaycan Respublikasında 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən Xaçmaz rayon məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(067)-308/2019 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşağıxx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanilması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 308/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 100 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda maddi imkanı çox aşağıdır. Cavabdeh tərəfindən ona ödənilən aliment uşaqların maddi tələbatını ödəmir. Cavabdehə heç olmasa 150 manat aliment ödəməsini desə də aralarında bu barədə razılaşma baş tutmamışdır. Hazırki vaxtda bazar qiymətlərində artım olmuşdur. Ona görə də 100 manat alimentlə uşağı saxlamaqda olduqca çətinlik çəki.Ona görə də iddiasının təmin edilməsini, müəyyən olunmuş alimentin miqdarının artırlımasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismın qəbul etməyərək göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 308/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay 100 manat məbləğində sabit pul şəklində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı iddia qaldıraraq əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmaqla hər ay 220 manat müəyyən edilməsini xahiş edir. Onun iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, Bakı şəhərində fəhləlik etməklə pul qazanır. İddiaçı ilə ayrıldıqdan sonra başqa qadınla rəsmi nikah qeyd etdirməklə evlənmiş və həmin qadınla birgə nikahlarında iki nəfər uşaqları vardır. Belə vəziyyətdə o, yüksək məbləğdə aliment ödəmək iqtidarında deyildir. Hazırki vəziyyətdə iddiaçıya uşağın saxlanılması üçün 130 manat aliment ödəyə bilər. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 16 yanvar 2019-cu il tarixli, 2(067)-308/2019 saylı qətnaməsinin və xx.xx.2019-cu il tarixli, AZ- Vİ seriyalı, 289261 nömrəli doğum haqqında şəhadətnaməinin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh 13 noyabr 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2018-ci ildə .Amir adlı 1 nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, cavabdehdən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2276/2019 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən Xaçmaz rayon məhkəmsinin 16 yanvar 2019-cu il tarixli, 2(067)-308/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış cavabdehin gəlirləri barədə məlumatlardan müəyyən olunmuşdur ki, Cavabdeh rəsmi iş yeri qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 100 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2018-ci il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 50 manat artırıldığından, iddianın qiyməti 50 manat x 12 aya= 600 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(067)-308/2019 saylı qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar