Məhkəmə qərarları › İş №2(067)-3312/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3312/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3312/2024 11.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, iddiaçı 5 saylı X4 Mərkəzinin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı 5 saylı X4 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 880,00 manat ziyanın X2 Agentliyindəki Benifisiarın adı : 5 saylı X4 Mərkəzi, Benifisiarın hesabı : AZ95CTRE********************, VÖEN : **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu : 1 hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, xx.xx.2024-cü il tarixində Mərkəzin Xaçmaz meşəbəyliyinin 10 saylı dolayısının 27-ci kvartalının ərazisində qanunsuz yolla 50 baş qoyun sürüsünün meşə ərazisinə daxil olması və sürü tərəfindən 2023-cü ilin yazında əkilmiş meşə əkinində şitilləri zədələməsi nəticəsində X6 880,00 manat ziyan vurmuşdur. Meşə Fondu sahələrində öz başına mal-qara otarmasına görə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, xx.xx.2024-cü il tarixli 001523 nömrəli aktdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində Mərkəzin Xaçmaz meşəbəyliyinin 10 saylı dolayısının 27-ci kvartalının ərazisində qanunsuz yolla 50 baş qoyun sürüsünün meşə ərazisinə daxil olması və sürü tərəfindən 2023-cü ilin yazında əkilmiş meşə əkinində şitilləri zədələməsi nəticəsində X6 880,00 manat ziyan vurmuşdur. İş materiallarında olan Xaçmaz meşəbəyliyinin 10 saylı dolayının meşə gözətçisi Tofiq Məmmədov tərəfindən yazılmış məlumatdan görünür ki, Mərkəzin Xaçmaz meşəbəyliyinin 10 saylı dolayısının 27-ci kvartalının ərazisində qanunsuz yolla 50 baş qoyun sürüsünün meşə ərazisinə daxil olması və sürü tərəfindən 2023-cü ilin yazında əkilmiş meşə əkinində şitilləri zədələməsi barədə Quba rayon X3 məlumat verilmişdir. İş materiallarında olan bildirişdən müəyyən olunur ki, cavabdehə borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür İş materiallarında olan İnzibati tənbeh vermə haqqında MN№ ******* saylı 19 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, X1 İXM-nin 257-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 263.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun tələblərinə əsasən büdcə təşkilatları dövlət rüsumunu ödəməkdən azad edildiyi halda, dövlət rüsumu cavabdeh tərəfdən tutulub, dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlardan görünür ki, Cavabdeh inzibati xəta törədərək təbiətə ziyan vurmuş və bunun nəticəsində inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta nəticəsində təbiətə vurduğu ziyanın məbləği və cavabdehin təqsiri iş materialları ilə təsdiq edildiyindən, iddia ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Meşə Fonduna vurulmuş ziyanın əvəzi olaraq 880,00 manat məbləğində pul 5 saylı X4 Mərkəzinin hesabına (X2 Agentliyindəki Benifisiarın adı : 5 saylı X4 Mərkəzi, Benifisiarın hesabı : AZ95CTRE********************, VÖEN : **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu : 1 hesaba) ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar