Məhkəmə qərarları › İş №2(067)-3330/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3330/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3330/2024 23.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1550 manat əsas borcun, 995,10 manat dəbbə pulunun və ödəilmiş 47,08 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunan sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanılan xx.xx.2023-cü il tarixli 13/11/1 saylı malın nisyə alqı-satqısı müqaviləsindən müəyyən olunur ki, həmin müqavilənin 5.5-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edəcəkdir. Tərəflər müqavilə ilə bağlı meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr baxılması üçün alıcının harada olmasından (yerləşməsindən) asılı olmayaraq, Xaçmaz rayon məhkəməsində həll edilir. Göründüyü kimi tərəflər qeyd olunan müqavilə ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasını müəyyən etmişlər. Lakin iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına əməl etdiyinə dair Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişi iddia ərizəsinə əlavə etsə də, həmin bildiriş imzalanmadığından, qeyd olunan sənəd rəsmi sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə geri qaytarılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar