Məhkəmə qərarları › İş №2(067)-3338/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3338/2023

29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3338/2023 29.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(067)-1701/2017 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları- xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanilmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(067)-1701/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat miqdarında aliment müəyyən edilmişdir. Hal-hazırda maddi imkanı çox aşağıdır. Cavabdeh tərəfindən ona ödənilən aliment uşağın maddi tələbatını ödəmir. Ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdeh yüksək məbləğdə aliment ödəmyə qadirdir. Belə ki, cavabdeh yüksək qazanc əldə edir. O, özü isə heç bir yerdə işləmir. Göstərilənlərə əsasən Xaçmaz rayon məhkəməsinin Xaçmaz rayon məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(067)-1701/2017 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları- xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanilmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı olan bacısı Sofiya Aşurbəyova onun yanında yaşayır, əvvəlki məhkəmə qətnaməsi ilə hər bir uşaq üçün 136 manat aliment müəyyən edilmiş, həmin aliment məbləği ilə hazırki dövrdə iddiaçı uşaqları saxlamaqda olduqca çətinlik çəkir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddianın təmin edilməsini, müəyyən olunmuş alimentin miqdarının artırlımasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 30 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək və iddia tələbinə münasibət bildirmklə göstərmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği onun əmək haqqısının 70 faizinə yönəldilmişdir. İddiaçının hazırda tələb etdiyi hər bir uşağa 220 manat məbləğində alimenti ödəməyə imkanı çatmır. Belə ki, iddiaçı ilə ayrıldıqdan sonra ailə qurduğu qadınla birgə nikahlarından anadan olmuş 15 aprel 2020-ci il təvəllüdlü uşağı Ayan autizm xəstəsidir. Bununla bağlı olaraq Bakı şəhəri, Xətai rayon 4 saylı Uşaq Poliklinikasının arayışını təqdim etməklə bildirir ki, uşağın müalicəsinə hər gün xərci çıxır. O, özü “Veysəl oğlu” şirkətində işləməklə 621 manat əmək haqqı alır. Başqa gəlir yeri yoxdur. Anası xərçəng xəstəsidir, atası da təqaüdçüdür. Hazırki vəziyyətdə hər uşağa 150- 160 manat məbləğində aliment ödəməyə imkanı çatır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 25 avqust 2017-ci il tarixli, 2(067)-1701/2017 saylı qətnaməsinin, 28 avqust 2009-cu il tarixli, AZ-İİ seriyalı, 319944 saylı və 22 may 2012-ci il tarixli, AZ-İİ seriyalı, 884756 saylı doğum haqqında şəhadətnaməinin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh 2007-ci ilin avqust ayında evlənmişlər. Nikahlarını 11 noyabr 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Aysu və xx.xx.2011-ci ildə İbrahimxəlil adlı iki nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, cavabdehdən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 136,60 manat olmaqla cəmi 273,20 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün müəyyən edilmiş 136,60 manat aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. 09 dekabr 2022-ci ildə qəbul edilmiş, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği hər uşağa 63,4 manat olmaqla ümumi olaraq 126 manat 80 qəpik artırıldığından, iddianın qiyməti 126,80 manat x 12 aya=1521 manat 60 qəpik təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda adək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 35,22 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(067)-1701/2017 saylı qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanilmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 35 manat 22 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar