Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-345/2024 23.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən səhhətinə vurduğu zərərə görə 750 manat pulun, ona məxsus 49 kub həcmli “Kuba Ege 50” markalı motosiklə vurduğu 1087 manat pulun və ödənilmiş 39 manat dövlət rüsumunun, cəmi 1876 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində özünə məxsus 49 kub həcmli "Kuba Ege 50” markalı motosikl ilə Xaçmaz şəhəri, Bakı prospektində Bakı şəhəri istiqamətində hərəkətdə olduğu zaman “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanından keçərkən VAZ-2106 markalı ** XO *** dövlət nömrə nişanlı avtomobilin yanacaqdoldurma məntəqəsindən çıxdığını görmüş, həmin avtomobilin yola çıxaraq qarşısına keçəcəyini gözləmədiyi halda həmin avtomobil yola çıxmış və idarə etdiyi motosikl həmin avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində özü xəsarət almış, motosiklə isə maddi ziyan dəymişdir. Bununla əlaqədar Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılmış, nəticədə Xaçmaz rayon X2 əməkdaşı E.Umudovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının 26 avqust 2023-cü il tarixli, T 1640 saylı ziyan aktı tərtib edilmiş və müəyyən edilmişdir ki, ona məxsus 49 kub həcmli “Kuba Ege 50” markalı motosiklə 1087 manat maddi ziyan dəymişdir. 19 avqust 2023-cü il tarixli, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, qəza nəticəsində aşkar edilmiş xəsarətlər - alt çənə, sağ bazu, sağ saik, sağ əl, sol mil- bilək oynağı, sağ diz, sol bud və sağ ayaq pəncəsi nahiyələrinin sıyrıqları kimi xəsarətlər almışdır. Sağlamlığına 750 manat məbləğində ziyan dəymişdir. Cavabdeh könüllü olaraq dəymiş ziyanı ödəmir. Cavabdehin istifadəsində olan VAZ-2106 markalı ** XO *** dövlət nömrə nişanlı avtomobil sığorta olunmadığına görə cavabdeh dəymiş ziyanı şəxsən ödəməlidir. Məhkəmə iclasında iddiaşı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehdən nəqliyyat vasitəmə dəyən ziyana görə ancaq 1000 manat pul tələb edir, qalan məbləği, o cümlədən dövlət rüsumunu ondan tələb etmir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 1000 manat tələbinə dair iddianı qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Kuba Ege 50” markalı motosikla texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 1087 manat ziyan dəymişdir. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məhkəmə tribb müqayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alt çənə, sağ bazu, sağ said, sağ əl, sol mil- bilək oynağı, sağ diz, sol bud və sağ ayaq pəncəsi nahiyələrinin sıyrıqları kimi xəsarətlər almışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 39 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri İxtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmadı. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, cavabdeh iddia tələbini qismən etiraf etməsi, iddiaçının isə cavabdeh tərəfindən cəmi 1000 manat pul ödəməsini qəbul etməsi ona dəlalət edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-345/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-345/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver