Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-349/2021 23.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş X1 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 ilə anası X3 2000-ci ilin ortalarında ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2001-ci ildə o doğulmuşdur. Məhkəmə qətnaməsi ilə valideynləri arasında bağlanmış nikah pozulmuş, o anasının himayəsində saxlanılmışdır. O vaxtdan anası ilə babasının evində yaşamışdır. Atası ilə heç bir münasibətləri olmamışdır. Məhkəmənin qərarı ilə atasından anasının xeyrinə onun saxlanması üçün aliment tutulması qərara alınsa da, atası bir dəfə də olsa aliment ödəməmiş, qaçıb gizlənmişdir. Hazırda o «Odlar Yurdu» universitetinə ödənişli qaydada qəbul olunmuşdur. Təhsil haqqına görə güzəştlər tətbiq edilən şəxslər sırasına valideynləri vəfat etmiş və yaxud itkin düşmüş hesab edilən şəxslər də aiddirlər. Atası 2012-ci ildən ümumiyyətlə Xaçmaz şəhərində əvvəllər yaşadığı ünvanda yaşamır, onun hazırda sağ olub olmaması və sağdırsa harada yaşaması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, aliment ödəməkdən yayınan borclu X4 barəsində Xaçmaz rayon icra şöbəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən həmin tarixdə axtarış işi açılmışdır. Keçirilmiş axtarış tədbirləri nəticəsində T.Təhməxovun ölkə hüdudlarını tərk etdiyi müəyyən olunduğu üçün barəsində dövlətlərarası axtarış elan edilmişdir. T.Təhməzovun yerinin müəyyənləşdirilməsi istiqamətində Rusiya Federasiyasına sorğu verilmiş və bu günə kimi hər hansı bir cavab əldə olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanlıdığı xx.xx.2020-ci il tarixli 506 nömrəli məktubdan görünür ki, X4 barəsində ölümün qeydə alınıb alınmaması Ümumrespublika elektron məlumat sistemində yoxlanılmış və xx.xx.1979 – xx.xx.2020-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon PŞ-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz orayon məhkəməsi tərəfindən verilmiş 2(067)-325 saylı xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1979-cu il təvəllüdlü X4 barəsində «axtarış elan olunması haqqında» qərar icra olunması üçün xx.xx.2014-cü ildə Xaçmaz RPŞ-nə göndərilmişdir. Borclu T.Təhməzov barəsində xx.xx.2020-ci il tarixdə axtarış işi açılmışdır. İş materiallarından müəyyən olunmuşdur ki, X4 barəsində aliment ödəməkdən yayındığına görə Xaçmaz rayon icra şöbəsinin qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən həmin tarixdə axtarış işi açılmışdır. Bundan əlavə X1 itkin düşməsi idə əlaqədar heç bir araşdırma aparılmamışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdə isə X1 aliment ödəməkdən yayınması ilə əlaqədar olaraq axtarıldığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinin tələblərinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, ərizə əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi şəxsin xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-349/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-349/2021
23.02.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver