Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3497/2024 10.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı İstesalat Birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İstesalat Birliyi Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 419,40 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (sübutları), elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərmək hüququnun olması barədə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, istifadə etdiyi təbii qaza görə yaranmış debitor borcunu ödədiyindən, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin İddiaçı İstesalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İsmət Nİftəliyev məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericilikdə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmadığından, həmin münasibətlərə qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən, yəni iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə iddia ərizəsinin baxılmamış saxlanılmasını nəzərdə tutan Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin norması tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. 113.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı İstesalat Birliyi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim olunduğundan və cavabdeh də işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, İddiaçı İstesalat Birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İstesalat Birliyinin vəsatəti təmin olunsun. İddiaçı İstesalat Birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın İddia ərizəsi, ona əlavə olunmuş sənədlər və dövlət rüsumu İddiaçı İstesalat Birliyinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-3497/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3497/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver