Məhkəmə qərarları › İş №2(067)-3578/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3578/2023

30.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3578/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, İddiaçı İsmayıl Abdurəhmanlıya qarşı qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıl Abdurəhmanlıya qarşı qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iddiaçı hazırki tələbi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-69/2005 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-69/2005 saylı qətnaməsinin surətindən görünür ki, X1 ilə İddiaçı arasında 19 avqust 1993-cü il tarixdə Xaçmaz rayon Qusarçay İƏV-də bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən İddiaçı qətnaməni qəbul etmiş hakim İsmayıl Abdurəhmanlıya qarşı qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı İsmayıl Abdurəhmanlıya qarşı qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İsmayıl Abdurəhmanlıya qarşı qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar