Məhkəmə qərarları › İş №2(067)-386/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-386/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-386/2023 01.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2296 (iki min iki yüz doxsan altı) manat pulun və ödənilmiş 42 manat 46 qəpik dövlət rüsumu kimi ödənilən pulunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus CHEVROLET AVEO minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat Yalama yolunun Ləcət kəndi ərazisində hərəkətdə olarkən saat təxminən 19 radələrində Cavabdeh oglu özünə məxsus iri buynuzlu mal-qaranı nəzarətsiz qaydada avtomobil yoluna buraxdığına görə inək qəfildən yola çıxaraq toqquşmaya səbəb olmuşdur. Bununla əlaqadar əraziyə dövlət yol polisinin əməkdaşları gəlmiş, yerində əraziyə baxış keçirərək müvafiq sənədləşmə aparmışlar. İnzibati tənbehvermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarla cavabdeh X3 oglu barədə Azərbaycan Respublikası İXM-nın 338.5.1-ci və 338.5.2-ci maddələri ilə (mal-qaranın yolda nəzarətsiz qoyulması, mal-qara ötürən tərəfindən mal-qaranm asvalt və sement-beton örtüklü yollarla ötürülməsi) protokol tərtib edilmiş və cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. Bununla əlaqədar avtomaşınına maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, Qusar rayonu “VAZ” kooperativində tərtib edilmiş ziyan aktından görnür ki, avtomaşına 2246 manat maddi ziyan dəymişdir. Ehtiyat hissələrinin dəyəri 1466 manat, Dəmirçi işi 350 manat rəngsaz işlərinə usta haqqı ilə birlikdə 430 manat vəsait tələb olunmuşdur. Bundan başqa avtomaşına texniki müainəyə görə 50 manat vəsait ödənilmişdir. Cavabdeh dəymiş ziyanı könüllü surətdə ödəmədiyindən o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci ildə o, özünə məxsus “Chevrolet Aveo” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat-Yalama yolunun Ləcət kəndi ərazisində qaranlıq havada hərəkətdə olarkən cavabdeh özünə məxsus iri buynuzlu mal-qaranı nəzarətsiz qaydada avtomobil yoluna buraxdığına görə, inək qəfildən yola çıxaraq toqquşmaya səbəb olub və ona maddi ziyan dəyib. 3500 manat avtomaşına xərci çıxıb. Ziyan aktına əsasən dəymiş ziyan 2300 manat dəyərində müəyyən olunub. Xaçmaz RPŞ-nin müvafiq qərarına əsasən cavabdeh İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq, 40 manat məbləğində cərimə olunub. Ona görə iddiaçı ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil göstərmişdir ki, xx.xx.2021-ci ildə iddiaçı özünə məxsus “Chevrolet Aveo” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat-Yalama yolunun Ləcət kəndi ərazisində sutkanın qaranlıq vaxtında hərəkətdə olarkən cavabdeh özünə məxsus iri buynuzlu mal-qaranı nəzarətsiz qaydada avtomobil yoluna buraxdığına görə, inək qəfildən yola çıxaraq toqquşmaya səbəb olub və iddiaçıya maddi ziyan dəyib. Ziyan aktına əsasən dəymiş ziyan 2246 manat dəyərində müəyyən olunub. Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq, 40 manat məbləğində cərimə olunub. Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı hal-hazırda qüvvədə olduğundan, cavabdeh şəxsin təqsiri müəyyən olunur. Bundan başqa iddiaçının vəkili Vəkil bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iş geri qaytarılıb və bu barədə Xaçmaz RPŞnə də məlumat verilib. Ondan sonra Xaçmaz RPŞ-də araşdırma başlayıb və yeni qərar qəbul edilib. Onlar belə qəbul ediblər ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı qüvvədədir, bu səbəbdən də qərar qəbul ediblər. Artıq qərar Xaçmaz RPŞ tərəfindən icra olunub. Bundan başqa hazırkı mülki iş üzrə məhkəmə hazırlıq iclası keçirilib və məhkəmə baxışı iclası təyin olunub, cavabdeh polisin qərarından narazı idisə, şikayət verə bilərdi, amma verməyib. Hətta hakim tərəfindən də ona bu barədə məlumat verildi, lakin o, heç bir şikayət vermədi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Xaçmaz RPŞ-də qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar məhkəmə tərəfidnən ləğv edilmişdir və iş yenidən araşdırlması üçün Xaçmaz RPŞ-nə göndərilmişdir. Lakin bundan sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan məlumatı yoxdur. Araşdırma onun iştirakı olmadan keçirilmişdir. O, özünü təqsirkar saymır. Təqsirli olsaydı cəriməni ödəyərdi. İkinci qərarın əsassız olduğunu hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 338.5.1 və 338.5.2 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin icraatında olmuş və hazırki məhkəmə iclasında baxış keçirilmiş 3(067)-290/2022 saylı inzibati xəta haqqında iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə inzibati xəta hadisəsini törətdiyindən barəsində Xaçmaz RPŞ tərəfindən xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan narazı qalan Cavabdeh məhkəməyə şikayət verərək, xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz rayon Məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Xaçmaz RPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz rayon X2 X4 göndərilməsi qərara alınmışdır. 3(067)-290/2022 saylı inzibati xəta haqqında işin matreriallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı məlumat üçün xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nə çatdırılmışdır. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı Xaçmaz RPŞ-nə icra edilməsi üçün yox, məhz məlumat üçün göndərilmişdir. Ona görə ki, Xaçmaz RPŞ işdə tərəf olduğundan İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən qərardan apelyasiya şikayəti vermək hüququ var idi. İşdə tərəf olan İddiaçı isə apelyasiya şikayəti vermək hüququndan istifadə edərək, Xaçmaz rayon məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından apelyasiya şikayəti vermişdir. Bununla əlaqədar olaraq, 3(067)-290/2022 saylı inzibati xəta haqqında iş 16 may 2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Xaçmaz rayon məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almamışdır və icra edilməsi üçün Xaçmaz RPŞ-yə göndərilməmişdir. Buna baxmayaraq, Xaçmaz RPŞ-nin DYPB-nin inspeltoru Azər Süleymanov buna məhəl qoymayaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə (əvvəlki qərarla eyni məzmunlu qərar) TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və Cavabdeh 40 manat məbləğində inzibati tənbeh tətbiq etmişdir. Xaçmaz rayon məhkəməsinin 3(067)-290/2022 saylı inzibati xəta haqqında iş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 3(067)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almamış, icra olunması üçün tərəflərə göndərilməmiş və ən əsası Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olarkən, Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı bunlara heç bir məhəl qoymadan eyniməzmunlu inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X1 Məcəlləsinin 9.2-ci maddəsinə əsaəsən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-515/2022 saylı Qərarı ilə Xaçmaz rayon məhkəməsinin 04 mart 2022-ci il tarixli 3(067)-290/2022 qərarı qüvvədə dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəsini almışdır. Aydın olduğu kimi, Xaçmaz RPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, yenidən araşdırılmasına dair məhkəmə qərarı xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir və iş materiallarında olan məktubunun surətindən göründüyü kimi, Xaçmaz rayon məhkəməsinin 3(067)-290/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Xaçmaz RPŞ-nə göndərilmiş və ünvançı tərəfindən qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı hesab edilə bilməz və məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh zərərin əvəzinin ödənilməsinə dair pul tələb etməsi əsassızdır. Ona görə ki, pul tələb etməyin əsasını təşkil edən və cavabdehin məsuliyyətini müəyyən edən hər hansı bir hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu maddələrin məzmunlarından göründüyü kimi, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt isə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Hazırki mülki işdə iddiaçı özünü zərərçəkən qismində, cavabdehi isə zərər vuran qismində qələmə versə də, buna hər hansı bir hüquqi əsaslar yoxdur, ona görə ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində kimin təqsirli olması hələ ki, müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 42 manat 46 qəpik dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 42 manat 46 qəpik məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar