Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-420/2025 04.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 628 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 658 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Quxur kəndi ərazisində yerləşən ona məxsus kənd təsərrüfatı sahəsində əldə etdiyi buğdanı Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev ünvanında yaşayan Cavabdeh ilə razılıq əsasında 1 kq-nı 0.26 qəpiyə satmaq qərarına gəlmişdir. 06 yanvar 2024-cü il tarixdə Cavabdeh dövlət qeydiyyat nömrə nişanlı **-XH-*** Kamaz yük maşını ilə özünün gətirdiyi 5 fəhlə ilə buğdanı maşına yükləmişdir. Çəkisini ölçmək məqsədilə Xudat şəhərində yerləşən tərəziyə gəlmişlər və 10 ton 300 kq təmiz çəki müəyyən edilmişdir. Cavabdeh ona 2.678 manat pul verməli olduğunu onunla birlikdə müəyyən etmişlər. Cavabdeh ona bildirdi ki, yolundan qalma sən get Bakıya çatana qədər pul kartına göndəriləcək. Həmin gün 06 yanvar axşam saat 24 radələrində kartına 2678 manat yox 1500 manat pul oturdu. 07 yanvar 2024-cü il tarixdə səhər saatlarında Cavabdeh telefon etmiş və ona bildirdi ki, 1178 manat pul bu gün yəni 07 yanvar 2024-cü il tarixdə kartına oturacaq. Həmən gündən başlayaraq 12 fevral 2024-cü il tarixə qədər hər gün yalan vədlər verdi. Nəhayət, 12 fevral 2024-cü il tarixdə kartına 400 manat pul göndərdi. xx.xx.2024-cü il tarixdə 150 manat karta pul göndərmişdir. Qalıq 628 manat pulun verilməsi üçün yalan vədlər verir, pulun ödənilməsini təmin etmir. Bu barədə Qusar rayon Polis Şöbəsinə müraciət etmişdir. Hər ikisi Cavabdeh və onu polis şöbəsinə dəvət etdilər. Onları dəvət edən sahə müfəttişinə söz verdi ki, 30 iyun 2024-cü il tarixdə pulu çatdıracaq. Həmən gün 30 iyunda o, sahə müfəttişinə telefon etmiş, o, isə bildirdi ki, Cavabdeh telefonu söndürüb cavab vermir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olub. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiasını müdafiə edərək borcun ödənilməsi üçün borcluya dəfələrlə vaxt verdiyini, lakin ödəniş edilmədiyini, borclunun ailə vəziyyətini nəzərə alaraq ona yenə vaxt verdiyini izahatında bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianı qəbul etdiyini, hələki ödəniş edə bilmədiyini, lakin ayın 3-nə qədər ödəniş edəcəyini və bu gün ərzində də bir hissəsini ödəyəcəyini izahatında bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, o məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıya ödəməli olduğu 2678 manatdan hissə-hissə ödənişlər etsə də, 628 manat pul borclu qalmışdır. Cavabdeh isə həmin pulu ödəyəcəyinə söz versə də, vədini yerinə yetirməyərək öhdəliyini əməl etməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 628 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödəməli olduğu 628 manat əsas borc və ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-420/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-420/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver