Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-425/2021 07.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2090,09 manat əsas borcun, 1,14 manat faiz borcunun, 0 manat dəbbə borcunun, cəmi 2091,23 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2101,32 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, onun hazırda 2090,09 manat əsas borcu, 1,14 manat faiz borcu, 0 manat dəbbə borcu, cəmi 2091,23 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Kredit borcu hazırkı vaxtadək ödənilmədiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 09 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, onun iddiaçı banka 1400 manat borcu qalmışdır, amma 3-4 ildir ödəyir, borcu bitmir. Həm də ödəniş qrafikinə əsasən ona ayda 44 manatdan pul ödətdiriblər, amma iddia ərizəsində özləri qeyd edirlər ki, o, ayda 35 manat pul ödəməlidir. Onun fikrincə ödədiyi pullar düzgün olmayaraq faizlərə hesablanmışdır. Ona görə bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında iş üzrə İddiaçı ASC-nə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq, iddianın təmin edilməsi haqqında ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2101,32 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında 12.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 02.11.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 02.11.2020-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-nə olan cəmi borcu 2091,23 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin iddia tələbinin həcminin azaldılmasına dair 07 iyul 2021-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1755,5 manat əsas borcun, 1,2 manat faiz borcunun, 0 manat cərimə borcunun, cəmi 1756,7 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 07.07.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 06.07.2021-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-nə olan cəmi borcu 1756,7 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04.06.2021-ci il tarixli 9/1867 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəzləri, hesabdan çıxarış məlumatları və 12 iyun 2019-cu il tarixli, XF-3224 KMP saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh2 26.11.2020-ci il tarixə İddiaçı ASC-nə olan borcu 2.031,79 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2.031,40 manat, faiz borcu üzrə isə 0,39 manat təşkil edir. Həmçinin ödəniş qəzləri, hesabdan çıxarış məlumatlarından göründüyü kimi 05.01.2021-ci il tarixdən 03.05.2021-ci il tarixə kimi ümumilikdə 175,00 manat məbləğində ödəniş edilmişdir. 175,00 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə 1,856,79 manat məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 1.856,79 manat, faiz borcu üzrə isə 0,00 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X1 xərclərinə dair 04.06.2021-ci il tarixli 9/1867 saylı bildirişindən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 02.11.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı işin məhkəmədə qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməmələri sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1755,5 (min yeddi yüz əlli beş manat, əlli qəpik) manat əsas borc, 1,2 (bir manat, iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 1756,7 (min yeddi yüz əlli altı manat, yetmiş qəpik) manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238, 241-242, 252- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qısmən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12.06.2019-cu il tarixli, XF-3224 KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1755,5 (min yeddi yüz əlli beş manat, əlli qəpik) manat əsas borc, 1,2 (bir manat, iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 1756,7 (min yeddi yüz əlli altı manat, yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-425/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-425/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver