Məhkəmə qərarları › İş №2(067)-430/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-430/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-430/2025 18.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında baglanmış olan şifahi razılaşrnaya əsasən 2023-cü ildə cavabdeh ondan gilas və süd məhsullari almışdır. Belə ki, o, kənd təsərrüfatı ilə məşğul olur, həm iribuynuzlu heyvanları, həm də gilas bağı vardır. Məhz elə onların da məhsullarını cavabdehə satmışdır. Cavabdeh ona süd rnəhsullarına görə 900 manat, gilas meyvəsinə görə isə 900 manat borclu qalmışdır. Dəfələrlə cavabdehə pulu ödəməsini bildirsə də, o, pulu ödərnəkdən boyun qaçırmışdır. Məcburiyyətdən Xaçmaz RPS-nə etdiyi şikayət üzrə aparılmış araşdırma zamanı cavabdeh ona süd satışına görə 900 manat, gilas satışına görə isə 800 manat, umumən isə 1700 manat borclu olduğunu etiraf etmişdir. Eləcədə borcu qısa zamanda ödəyəcəyini bildirrnişdir. Lakin üstündən 5 ay keçsə də, cavabdeh ona heç bir məbləğ ödəməmişdir. Cavabdeh borcunun ödənilməsindən yayındığından, hesab edir ki, həmin məbləğ cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehlə arasında bağlanmış şifahi razılaşmaya əsasən 2023-cü ildə cavabdeh ondan gilas və süd məhsulları almışdır. O, kənd təsərrüfatı ilə məşğuldur, həm iribuynuzlu heyvanları, həm də gilas bağı vardır. Məhz onların məhsullarını da cavabdehə satmışdır. Cavabdeh ona süd məhsullarına görə 900 manat, gilas meyvəsinə görə isə 900 manat borcludur. Dəfələrlə cavabdehə pulu ödəməsini bildirsə də, pulu ödəməkdən boyun qaçırır. Cavabdehin atası ona söz vermişdi ki, bu ilin yay aylarında özü oğlunun borcunu verəcək. Sonradan atasının yanına getmiş, lakin atası pulu olmadığını bildirmişdir. Cavabdeh ona 1800 manat pul borcludur, bu barədə izahatları var. Polis Şöbəsində etiraf etmişdir ki, 900 manat südə görə, 800 manat isə gilasa görə borcu qalmışdır. Hazırda cavabdehin ona 1800 manat borcu vardır. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçıya 960 manat borcu vardır. İddiaçıya 500 və 200 manat məbləğlərində ödənişlər etmişdir. Onun süd məhsullarına görə 840 manat, gilasa görə isə 800 manat borcu qalmışdı. İddiaçıya 700 manat pul vermiş, 200 manat pulu əlbəəl vermiş, 500 manat pulu da Polis Şöbəsində vermişdir. 900 manat südə görə, 800 manat isə gilasa görə borcu qalmasına dair polis Şöbəsində izahat verməmişdir. Həmin izahatdakı imza onun imzasıdır. O, şifahi olaraq ümumi borcu olduğunu və 700 manat borcdan ödəniş etdiyini bildirmişdir. İddiaçıya ümumi borcu 1640 manat olmuşdur. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehin ona 3000 manatdan çox borcu olmuş, hissə-hissə ödəniş etmişdir. Hazırda ona 1800 manat borcu qalmışdır. Cavabdeh ona avqust ayının axırına qədər borcunu qaytaracağını bildirmişdir. Cavabdehin 1800 manat borcu olanda Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, onun iddiaçıya 940 manat borcu qalmışdır. Polis Şöbəsinə verdiyi ifadələrdən sonra iddiaçıya 200 manat və 500 manat pul vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim etdikləri sübutları tədqiq etməklə, sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz RPŞ-nin İddiaçı ünvanlanmış məktubundan müəyyən olunur ki, Xaçmaz RPŞ-nə müraciəti ilə bağlı ərizəsində göstərdiyi xüsusatlar üzrə inzibati xəta xarakterli hadisə müəyyən olunmadığından, tələbi mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı Xaçmaz RPŞ-nə müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh 10 iyul 2024-cü il tarixdə alınmış izahatından müəyyən olunur ki, o, 2023-cü il ərzində iddiaçıdan aldığı süd məhsullarına görə 900 manat, gilas məhsuluna görə isə 800 manat pul borclu qaldığını etiraf etmiş və borclu qaldığı pulu 2024-cü ilin yay mövsümündə ödəyəcəyini bildirmişdir. 14 noyabr 2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin 1800 manat pul borclu qalmasını sübutetmə yükü iddiaçının üzərinə, həmin pulun qaytarılmasını sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin hazırda ona cəmi 1800 manat pul borclu qalmasını iddia etmiş və iddia tələbini təsdiq edə sübutları kimi şikayəti əsasında toplanmış material üzrə Xaçmaz RPŞ-də Cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi izahatı və diskdə qeydə alınmış səs yazısını məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd olunan sübutları tədqiq edərkən, müəyyən etmişdir ki, cavabdeh 2023-cü il ərzində iddiaçıdan aldığı süd məhsullarına görə 900 manat, gilas məhsuluna görə isə 800 manat pul borclu qaldığını etiraf etmiş və borclu qaldığı pulu 2024-cü ilin yay mövsümündə ödəyəcəyini bildirmişdir. Qeyd olunan halı cavabdeh həm Xaçmaz RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatında, həm də iddiaçının məhkəməyə təqdim etdiyi 1 ədəd diskdə qeydə alınmış səs yazısında etiraf etmişdir. İş üzrə Cavabdeh isə məhkəmə araşdırması zamanı müxtəlif məzmunlu ziddiyətli izahatlar vermişdir. Belə ki, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatında iddiaçıya 960 manat borcu olduğunu, ona 500 və 200 manat məbləğlərində ödənişlər etdiyini, süd məhsullarına görə 840 manat, gilasa görə isə 800 manat borcu qaldığını, iddiaçıya 700 manat pul verdiyini, 200 manat pulu əlbəəl, 500 manat pulu da Polis Şöbəsində verdiyini, həmçinin 900 manat südə görə, 800 manat isə gilasa görə borcu qalmasına dair polis Şöbəsində izahat vermədiyini, lakin həmin izahatdakı imzanın ona məxsus olmasını, orada şifahi olaraq ümumi borcu olduğunu və 700 manat borcdan ödəniş etdiyini dediyini, hazırda iddiaçıya ümumi borcunun 1640 manat olduğunu bildirsə də, məhkəmə baxışı iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, onun iddiaçıya 940 manat borcu qalmışdır. Polis Şöbəsinə verdiyi ifadələrdən sonra iddiaçıya 200 manat və 500 manat pul vermişdir. Məhkəmə işdə olan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, onun şikayəti əsasında Xaçmaz RPŞ-də toplanmış material üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli izahatını və 1 ədəd diskdə qeydə alınmış səs yazısını mötəbər sübutlar kimi qəbul etmişdir. Beləliklə, məhkəmə iş materiallarını və tərəflərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən, yəni cavabdehin Xaçmaz RPŞ-də verdiyi 10 iyul 2024-cü il tarixli izahatında etiraf etdiyi həcmdə təmin edilməli və Cavabdeh 1700 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, İddiaçı 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qismən təmin edildiyindən, dövlət rüsumunun 10 manatı İddiaçı, qalan 27 manatı isə Cavabdeh aid edilməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1700 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 27 manat pul tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan 10 manat hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar