Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-445/2023 07.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyan olaraq 1196 manat pulun və ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi VAZ 21103 markalı M591MA05 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri Rəşid Behbudov küçəsi istiqamətində yol hərəkəti qaydalarını pozaraq onun idarə etdiyi «MERCEDES BENZ C180» markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomaşınının qabağına çıxaraq ön sol tərəfdən maşınını idarə etdiyi öz avtomobili ilə vuraraq zərər yetirmiş və hadisə yerindən qaçmışdır. Hadisə zamanı polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıb və araşdırma zamanı cavabdehə günahın onda olduğunu izah etmişlər. Cavabdeh qanun pozuntusuna yol verdiyini könüllü etiraf etmişdir. O, maşının təmiri barədə cavabdehlə danışmış və cavabdeh ona bu barədə səhəri günü məsələnin öz həllini tapacağını bildirmişdir. Səhəri gün isə cavabdehə dəfələrlə zəng vuraraq ziyan barədə görüşüb danışacaqlarını bildirmiş, cavabdeh isə imkanının olmadığını bildirmişdir. Onun həqiqətən də avtomobilini təmir etməyə imkanı yoxdur, bu səbəbdən də avtomobilsiz qalmışdır. Cavabdeh ona ümumilikdə 1196 manat ziyan vurub və o bu ziyanı ödəməkdən yayınır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, cavabdehin ölməsi barədə məlumatı var, cavabdehin vurduğu ziyanla bağlı bu gün də kredit verir. Cavabdehin mülkü, avtomobili var, onun arvadı, övladı ona dəymiş ziyanı ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə hazırlıq icraatina xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir və Cavabdeh vəfat etdiyindən iş üzrə hazırlıq icraatına xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-445/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-445/2023
07.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver